Samux birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edib

29
(Yenilənib 12:41 17.05.2015)
  • Samux Avropa oyunları məşəli
  • Samux rayonunun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu

Mayın 16-da “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna gətirilib

BAKI, 16 may — Sputnik. Mayın 16-da “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna gətirilib.

Samux rayonunun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılayıblar.

Avropa Oyunlarının rəmzi qapısında sərbəst güləş üzrə Azərbaycan çempionu Anar Cəlilov məşəli qəbul edib. 

On məşəlçi Oyunların rəmzi qapısından yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət edərək Heydər Əliyev parkının qarşısına gəliblər. Buraya toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.

Sonra kikboksinq üzrə dördqat dünya çempionu Elnur Salamov səhnədə birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. “Bakı-2015”-in çırağı yandırılaraq, Oyunlar başa çatanadək saxlanılması üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verilib.

29
  • Samux Avropa oyunları məşəli
    azertag.az

    Samux rayonunun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub

  • Samux rayonunun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu
    azertag.az

    Samux rayonunun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu

Əlaqədar
“Bakı-2015” nəqliyyatın ilk Avropa Oyunlarına hazırlığını sınaqdan keçirəcək
"Bakı-2015" zamanı qonaqlara 400 tələbə ilkin tibbi xidmət göstərəcək
“Bakı-2015”-in məşəli Bərdədən Goranboya gətirildi