Asim Mollazadə seçicilərə söz verdi

Abunə olmaq
Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 11274 səslə 22 saylı Nəsimi İkinci seçki dairəsinin qalibi olmuş Asim Mollazadə seçki prosesində iştirak edən insanlara təşəkkürünü ifadə edib.

BAKI, 24 noy — Sputnik. Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 11274 səslə 22 saylı Nəsimi İkinci seçki dairəsinin qalibi olmuş Asim Mollazadə seçki prosesində iştirak edən insanlara təşəkkürünü ifadə edib.

A. Mollazadə deyib ki, Milli Məclisiə keçirilən seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsinin qalibi olmağında hər bir seçicinin böyük zəhməti və payı var: “Bu qələbəyə görə, Sizə — seçicilərimə, seçki qərargahımın üzvlərinə, partiyamızın fəallarına, könüllülərə, müşahidəçilərə, vəkillərimə, səlahiyyətli nümayəndələrimə, Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin rəhbərliyi və hər bir üzvünə, bir sözlə, mənim deputat seçilməyimdə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm!

Mənə göstərdiyiniz bu etimadı doğruldacağıma, hər zamankı kimi xalqımın və dövlətimin keşiyində dayanacağıma, parlamentdə hər birinizin səsi olacağıma əmin olmağınızı istəyirəm!

Məni qələbə münasibətilə təbrik edən hər kəsə təşəkkür edirəm! Rəqiblərimə isə can sağlığı arzulayır, parlamentdə onları da ləyaqətlə təmsil edəcəyimi bilmələrini istəyirəm!”

Xəbər lenti
0