Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edəcəkmi?

1038
(Yenilənib 10:35 24.11.2015)
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası başlayıb.

BAKI, 24 noy — Sputnik. Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2015-cu il noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb. 

Məruzəçi hakim Kamran Şəfiyev qeyd edib ki,  Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 18-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.

Hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 23 şikayət təqdim edilib, 19 şikayət aidiyyəti üzrə göndərilib, 4 şikayət üzrə isə qanunvericiliyin tələbləri izah edilib.

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar 1823 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 1753 nəfərə imza vərəqi verilib, 1457 nəfər imza vərəqini qaytarıb, 1247 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, onların bir qismi sonradan deputatlığa namizədliyini geri götürüb və 767 nəfərin adı protokola daxil edilib. Seçkiləri 40 beynəlxalq təşkilatdan 57 ölkənin vətəndaşı  olan 503 beynəlxalq müşahidəçi, 27 beynəlxalq KİV-dən 42 nəfər, 66 minə yaxın yerli müşahidəçi izləyib. Eyni zamanda 1000 məntəqədə veb-kamera quraşdırılıb. Seçkidə 15 siyasi partiya və  7 partiyanın bir araya gəldiyi “Azadlıq-2015” siyasi partiyalar bloku iştirak edib. Namizədlər seçicilərlə görüşlərin keçirilməsində heç bir məhdudiyyətlə üzləşməyiblər, təşviqat prosesi geniş miqyasda həyata keçirilib. Seçicilərin fəallığı 55,54 faiz olub. Başqa sözlə, seçici siyahılarına daxil edilmiş 5 milyon 211 min 765 seçicidən 2 milyon 894 min 515 seçici səsvermədə iştirak edib. MSK sədri  deyib ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə 40 seçki məntəqəsi, o cümlədən 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 53 saylı Quba-Qusar Seçki Dairəsi, 82 saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi, 121 saylı Laçın Seçki Dairəsi üzrə ümumilikdə 58 seçki məntəqəsində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub. 90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi həmin dairələr üzrə ümumi nəticəyə təsir etməyib. MSK noyabrın 17-də 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsinin hamısında seçkinin nəticələrini etibarsız sayıb və bu dairədə seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar verib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.

Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova bir neçə sual ünvanlayıb, M. Pənahov həmin sualları cavablandırıb.

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 7 noyabr seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

1038
Formula 1 yarışları. Arxiv şəkli

"Formula 1-dən xeyir götürməsək belə, zərərlə çıxmamalıyıq"

52
(Yenilənib 16:20 18.01.2016)
"Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə. Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir"

BAKI, 18 yan — Sputnik. 2016-cı ilin yay aylarında Azərbaycanda keçiriləcək Formula1 yarışları ilə bağlı Sputnik, idman sahəsinin tanınmış simalarının münasibətini öyrənməkdə davam edirik.

Formula 1 yarışları. Arxiv şəkli
© Sputnik / Евгений Одиноков

Vasif Namazov — Alpaqut döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası: "Nəinki Forumula1, istənilən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xeyrinədir. Ancaq bilmirəm, bu yarışın keçirilməsinə nə qədər vəsait ayrılıb və bundan ölkəmiz nə qazanacaq. Yəni hər şeyi düzgün hesablamaq lazımdır ki, dövlətimiz və xalqınmız qazanc əldə etsin.

Bildiyiniz kimi Bakı 2015 İlk Avropa Oyunları çox möhtəşəm keçdi, hətta dünya mediası da bu barədə geniş informasiyalar verdi. Təbii ki, Azərbaycan dövlətçiliyi, dövlətimizin beynəlxalq arenada tanınması nöqteyi-nəzərdən bu çox faydalı oldu. 

Ancaq ölkəmizə turizm axını nöqteyi-nəzərdən bu, hesablanan kimi effekt vermədi. Düşünürəm ki, dövlətimiz artıq bu istiqamətdə bir təcrübə qazandı və yəqin ki, bu yarışın keçirilməsini düzgün hesablayıblar. Heç olmasa, ən azından çəkilən xərcə görə artıq olmasa da, başa-baş xeyr olmaldır. Bütün dünya idmana biznes gözü ilə baxır. Bu, bir gerçəklikdir. Hansı idman sahəsi olursa olsun. Hər bir dövlət öz maraqları naminə hərəkət edir. Biz də belə etməliyik".

Səxavat Qurbanov — idman jurnalisti: "Formula 1 yarışının ölkəmizdə keçirilməsi təbii ki, müsbət haldır. Bu tip yarışların Azərbaycanda keçirilməsi idmanın bu növünün Azərbaycanda daha da populyarlaşmasına zəmin yaradacaq. Sössüz ki, bu yarışı sevənlər ölkəmizdə az deyil. Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə.

Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir. 

Son hadisələr belə yarışları kölgədə qoyur. Əgər bir il bundan öncə bu yarış keçirilsəydi, o zaman daha ajiotajlı olardı. İstənilən halda Formula 1-in Azərbaycanda keçirilməsi sevindirici haldır və bunun müsbət tərəflərini də yaxın zamanda görəcəyik".

52
Teqlər:
Bakı, yarış, idman, Səxavat Qurbanov, Vasif Namazov, Formula 1
Əlaqədar
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Bakıda Formula I Avropa Qran Prisinə hazırlıqla bağlı yollar bağlanıb
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir

Bakı Şəhər Halqası ən sürətli şəhər treki statusu qazana bilər

44
(Yenilənib 13:44 12.01.2016)
Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

BAKI, 12 yan-Sputnik. Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

Sputnik-ə Formula 1 yarışının təşkilatçıları tərəfindən verilən məlumata görə, 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğu üçün media@bakugp.az ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

44
Teqlər:
F1, Bakı Şəhər Halqası, Avropa Qran Prisi, Formula 1, "Formula 1" üzrə Qran-Pri, Bakı
Əlaqədar
Formula 1 yarışında rol almaq istəyənlərin nəzərinə
Formula 1 Azərbaycana nə qazandıracaq?
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

0
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

0
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə