Azərbaycan seçkilərlə bağlı yenidən ATƏT DTİHB-yə müraciət edib

© twitter.comATƏT
ATƏT - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi DTİHB direktorunun Azərbaycanda keçiriləcək seçkiləri izləməmək barədə qeyri-konstruktiv qərarını qəbuledilməz hesab edir.

BAKI, 30 okt — Sputnik. Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi DTİHB direktorunun Azərbaycanda keçiriləcək seçkiləri izləməmək barədə qeyri-konstruktiv qərarını qəbuledilməz hesab edir.

Sputnik-in xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mandatını pozması ilə bağlı yaydığı bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, DTİHB tərəfindən göstərilən bu yanaşmaya baxmayaraq, Azərbaycan nümayəndə heyəti seçkilərə qədər bu məsələnin həllini tapacağına dair ümidini ifadə edib: “Ötən həftə DTİHB ilə yenidən məsləhətləşmələr aparıb, məhdud sayda ekspert göndərilməsi ilə bağlı təklif vermişik. Təəssüf ki, DTİHB Azərbaycan tərəfinin xahişini yenidən rədd etdi. Bizim DTİHB-lə münasibətlərimiz həmişə konstruktiv olub. Direktor Linkin müşahidə missiyası göndərməmək qərarı verməsindən sonra biz Daimi Şuranı proses barədə məlumatlandırmışıq və büronu məsləhətləşmələr aparmağa dəvət etmişik”.

Bəyanatda o da vurğulanır ki, DTİHB öz öhdəliklərini icra etmədiyi halda, Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi DTİHB-nin aktuallığını yenidən nəzərdən keçirəcək.


Xəbər lenti
0