Sputnik Azərbaycan parlament seçkiləri barədə xüsusi məruzədə danışdı

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidПрезентация крупнейшего международного информационного бренда "Спутник"
Презентация крупнейшего международного информационного бренда Спутник - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan beynəlxalq informasiya agentliyi sputnik.az portalında Azərbaycan və rus dillərində «Parlament seçkiləri» bölməsini oxuculara təqdim edib.

BAKI, 27 okt — Sputnik. Sputnik Azərbaycan beynəlxalq informasiya agentliyi sputnik.az portalında Azərbaycan və rus dillərində «Parlament seçkiləri» bölməsini oxuculara təqdim edib. Burada ölkədə 2015-ci ilin parlament seçkilərinin ən mühüm xəbərləri toplanıb. Bölmədə seçkiqabağı tədbirlərin bütün mərhələləri barədə məlumatları və Azərbaycanda seçki ərəfəsində ictimai-siyasi durum haqda şərh və təhlilləri yerləşdirilib.

Sputnik Azərbaycan bununla yanaşı "Azərbaycan seçkilər ərəfəsində: iqtisadiyyat, siyasət, inteqrasiya" adlı məruzənin hazırlanmasına cəlb edilmiş Azərbaycan və Rusiya siyasətşünas, iqtisadçı və KİV nümayəndələrindən ibarət qrupda iştirak edib. 27 oktyabr tarixində "Rossiya seqodnya" Beynəlxalq multimedia mətbuat mərkəzində təşkil olunmuş Moskva-Bakı videokörpüsü çərçivəsində məruzənin təqdimatı keçirilib.

Sputnik Azərbaycanın baş redaktoru Gülnarə Məmmədzadə videokörpüdə iştirak edərək dedi: "Sputnik Azərbaycan ölkənin əsas KİV-ləri kimi seçki kampaniyasını hərtərəfli və geniş işıqlandırır. Bizim imkanlarımız və təcrübəmiz bunu bir qədər başqa cür, seçkilər barədə xüsusi məruzə formatında etməyə şərait yaradır. Bu məruzədə ölkədəki seçkiqabağı vəziyyət və qarşıdan gələn parlament seçkilərinin ölkə inkaşıfına təsiri təhlil edilir". Həmçinin, o, məruzənin hazırlanmasında Azərbaycan ekspertlərinin dəfələrlə Sputnik Azərbaycanın materiallarına müraciət etdiklərini vurğuladı.

Azərbaycanda parlament seçkiləri 2015-ci il 1 noyabr tarixində keçiriləcək.

Mərkəzi seçki komissiyası tərəfindən 1200 nəfərdən çox adam namizəd kimi qeydə alınıb. Seçki günü səsverməni təxminən 60 min yerli və 500 xarici müşahidəçi izləyəcək.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri  özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0