İsrail - Azərbaycan

İsrailin keçmiş nazirləri Azərbaycanda seçkiləri müşahidə edəcəklər

1762
İsrail nümayəndə heyəti noyabrın 2-də seçki müşahidələrinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırır.

BAKI, 25 okt-Sputnik. Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün İsraildən gələn nümayəndə heyətinin tərkibində İsrailin keçmiş xarici işlər naziri, "Naş dom- İsrail" partiyasının lideri Aviqdor Liberman da var.

Sputnik "Seçki-2015"ə istinadən xəbər verir ki, bu barədə "AZİZ" İsrail- Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib.

Onun sözlərinə görə, İsrail nümayəndə heyəti oktyabrın 30-da Bakıya gələcək.

Nümayəndə heyətinin tərkibinə 4 nəfər- İsrailin keçmiş xarici işlər naziri, "Naş dom- İsrail" partiyasının lideri Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri Maykl Oren daxildir.

İsrail nümayəndə heyəti noyabrın 2-də seçki müşahidələrinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırır.

1762