Sabah seçkiqabağı təşviqata start veriləcək

34
(Yenilənib 22:11 12.10.2015)
Təşviqat seçkiyə 24 saat qalmış başa çatacaq.

BAKI, 8 okt-Sputnik. Sabah Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqata start veriləcək.

Sputnik xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Milli Məclisə seçkilərlə əlaqədar qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat oktyabrın 9-da başlanacaq, 31 oktyabr saat 8.00-da dayandırılacaq.

34
Teqlər:
namizədlər, namizəd, siyasi partiyalar, Seçki Məcəlləsi, seçkiqabağı təşviqat, Azərbaycanda parlament seçkisi, Azərbaycanda parlament seçkiləri, parlament seçkisi, Parlament seçkiləri 2015, parlament seçkilǝri, Milli Məclis, Azərbaycan
Formula 1 yarışları. Arxiv şəkli

"Formula 1-dən xeyir götürməsək belə, zərərlə çıxmamalıyıq"

52
(Yenilənib 16:20 18.01.2016)
"Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə. Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir"

BAKI, 18 yan — Sputnik. 2016-cı ilin yay aylarında Azərbaycanda keçiriləcək Formula1 yarışları ilə bağlı Sputnik, idman sahəsinin tanınmış simalarının münasibətini öyrənməkdə davam edirik.

Formula 1 yarışları. Arxiv şəkli
© Sputnik / Евгений Одиноков

Vasif Namazov — Alpaqut döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası: "Nəinki Forumula1, istənilən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xeyrinədir. Ancaq bilmirəm, bu yarışın keçirilməsinə nə qədər vəsait ayrılıb və bundan ölkəmiz nə qazanacaq. Yəni hər şeyi düzgün hesablamaq lazımdır ki, dövlətimiz və xalqınmız qazanc əldə etsin.

Bildiyiniz kimi Bakı 2015 İlk Avropa Oyunları çox möhtəşəm keçdi, hətta dünya mediası da bu barədə geniş informasiyalar verdi. Təbii ki, Azərbaycan dövlətçiliyi, dövlətimizin beynəlxalq arenada tanınması nöqteyi-nəzərdən bu çox faydalı oldu. 

Ancaq ölkəmizə turizm axını nöqteyi-nəzərdən bu, hesablanan kimi effekt vermədi. Düşünürəm ki, dövlətimiz artıq bu istiqamətdə bir təcrübə qazandı və yəqin ki, bu yarışın keçirilməsini düzgün hesablayıblar. Heç olmasa, ən azından çəkilən xərcə görə artıq olmasa da, başa-baş xeyr olmaldır. Bütün dünya idmana biznes gözü ilə baxır. Bu, bir gerçəklikdir. Hansı idman sahəsi olursa olsun. Hər bir dövlət öz maraqları naminə hərəkət edir. Biz də belə etməliyik".

Səxavat Qurbanov — idman jurnalisti: "Formula 1 yarışının ölkəmizdə keçirilməsi təbii ki, müsbət haldır. Bu tip yarışların Azərbaycanda keçirilməsi idmanın bu növünün Azərbaycanda daha da populyarlaşmasına zəmin yaradacaq. Sössüz ki, bu yarışı sevənlər ölkəmizdə az deyil. Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə.

Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir. 

Son hadisələr belə yarışları kölgədə qoyur. Əgər bir il bundan öncə bu yarış keçirilsəydi, o zaman daha ajiotajlı olardı. İstənilən halda Formula 1-in Azərbaycanda keçirilməsi sevindirici haldır və bunun müsbət tərəflərini də yaxın zamanda görəcəyik".

52
Teqlər:
Bakı, yarış, idman, Səxavat Qurbanov, Vasif Namazov, Formula 1
Əlaqədar
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Bakıda Formula I Avropa Qran Prisinə hazırlıqla bağlı yollar bağlanıb
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir

Bakı Şəhər Halqası ən sürətli şəhər treki statusu qazana bilər

44
(Yenilənib 13:44 12.01.2016)
Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

BAKI, 12 yan-Sputnik. Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

Sputnik-ə Formula 1 yarışının təşkilatçıları tərəfindən verilən məlumata görə, 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğu üçün media@bakugp.az ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

44
Teqlər:
F1, Bakı Şəhər Halqası, Avropa Qran Prisi, Formula 1, "Formula 1" üzrə Qran-Pri, Bakı
Əlaqədar
Formula 1 yarışında rol almaq istəyənlərin nəzərinə
Formula 1 Azərbaycana nə qazandıracaq?
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona