Azər Həsrət

Politoloq: müxalifət cığal uşaq kimidir

83
(Yenilənib 12:50 10.09.2015)
Bunu Sputnik-ə açıqlamasında politoloq Azər Həsrət deyib.

BAKI, 10 sen — Sputnik. Seçki bir güc nümayişidir. Yarışmadır. Bu yarışmaya isə adətən güclülər və iddialılar qatıla bilər.

Bunu Sputnik-ə açıqlamasında politoloq Azər Həsrət deyib.

Onun sözlərinə görə, indi bəzi müxaliflərin seçkini gözdən salmaq üçün bəyanatlar səsləndirməsi, guya boykot edəcəklərinə işarə verməsi onların gücsüzlüyündən irəli gəlir: “Bunlar cığal uşaqlar kimidirlər. Görəndə ki, meydan onlar üçün əlverişli deyil, “oynamıram” deyib oyunu pozmağa çalışırlar ki, öz eyiblərini ört-basdır etsinlər. Bu baxımdan Milli Şura adı altında fəaliyyət göstərən amorf qurumu göstərmək olar. Bunlar qüvvə kimi mövcud deyillər, üç-beş adamla ictimai rəyə təsir etmək istəyirlər. Və iddia da edirlər ki, seçki mühiti əlverişli deyil, ona görə seçkidə iştirak mənasızdır.”

Politoloqun fikrincə, ümumiyyətlə, bu ilki seçki onu göstərir ki, bu cür cığallıq edənlərlə yanaşı müxalifətin bəlli bir kəsimi daha rasional davranır. 

“Yəni əvvəlki illərdən fərqli olaraq bunlar öz güclərini bildiklərindən seçkidə elə də fəal iddialarla çıxış etmirlər. Bu isə ondan xəbər verir ki, hakim YAP iqtidarı onların bütün bəhanələrini indidən neytrallaşdırmağı bacarıb. Ona görə də YAP-ın haqlı əzici qələbəsini indidən proqnozlaşdırmaq çətin deyil”, — deyə Azər Həsrət vurğulayıb.

83
Teqlər:
İqtidar parlament seçkiləri 2015, İqtidar parlament seçkiləri, Müxalifət parlament seçkiləri 2015, Müxalifət parlament seçkiləri, iqtidar, müxalifət, Azərbaycanda parlament seçkisi, Azərbaycanda parlament seçkiləri, parlament seçkisi, Parlament seçkiləri 2015, Parlament seçkiləri, Azər Həsrət, Azərbaycan
Formula 1 yarışları. Arxiv şəkli

"Formula 1-dən xeyir götürməsək belə, zərərlə çıxmamalıyıq"

52
(Yenilənib 16:20 18.01.2016)
"Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə. Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir"

BAKI, 18 yan — Sputnik. 2016-cı ilin yay aylarında Azərbaycanda keçiriləcək Formula1 yarışları ilə bağlı Sputnik, idman sahəsinin tanınmış simalarının münasibətini öyrənməkdə davam edirik.

Formula 1 yarışları. Arxiv şəkli
© Sputnik / Евгений Одиноков

Vasif Namazov — Alpaqut döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası: "Nəinki Forumula1, istənilən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xeyrinədir. Ancaq bilmirəm, bu yarışın keçirilməsinə nə qədər vəsait ayrılıb və bundan ölkəmiz nə qazanacaq. Yəni hər şeyi düzgün hesablamaq lazımdır ki, dövlətimiz və xalqınmız qazanc əldə etsin.

Bildiyiniz kimi Bakı 2015 İlk Avropa Oyunları çox möhtəşəm keçdi, hətta dünya mediası da bu barədə geniş informasiyalar verdi. Təbii ki, Azərbaycan dövlətçiliyi, dövlətimizin beynəlxalq arenada tanınması nöqteyi-nəzərdən bu çox faydalı oldu. 

Ancaq ölkəmizə turizm axını nöqteyi-nəzərdən bu, hesablanan kimi effekt vermədi. Düşünürəm ki, dövlətimiz artıq bu istiqamətdə bir təcrübə qazandı və yəqin ki, bu yarışın keçirilməsini düzgün hesablayıblar. Heç olmasa, ən azından çəkilən xərcə görə artıq olmasa da, başa-baş xeyr olmaldır. Bütün dünya idmana biznes gözü ilə baxır. Bu, bir gerçəklikdir. Hansı idman sahəsi olursa olsun. Hər bir dövlət öz maraqları naminə hərəkət edir. Biz də belə etməliyik".

Səxavat Qurbanov — idman jurnalisti: "Formula 1 yarışının ölkəmizdə keçirilməsi təbii ki, müsbət haldır. Bu tip yarışların Azərbaycanda keçirilməsi idmanın bu növünün Azərbaycanda daha da populyarlaşmasına zəmin yaradacaq. Sössüz ki, bu yarışı sevənlər ölkəmizdə az deyil. Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə.

Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir. 

Son hadisələr belə yarışları kölgədə qoyur. Əgər bir il bundan öncə bu yarış keçirilsəydi, o zaman daha ajiotajlı olardı. İstənilən halda Formula 1-in Azərbaycanda keçirilməsi sevindirici haldır və bunun müsbət tərəflərini də yaxın zamanda görəcəyik".

52
Teqlər:
Bakı, yarış, idman, Səxavat Qurbanov, Vasif Namazov, Formula 1
Əlaqədar
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Bakıda Formula I Avropa Qran Prisinə hazırlıqla bağlı yollar bağlanıb
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir

Bakı Şəhər Halqası ən sürətli şəhər treki statusu qazana bilər

44
(Yenilənib 13:44 12.01.2016)
Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

BAKI, 12 yan-Sputnik. Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

Sputnik-ə Formula 1 yarışının təşkilatçıları tərəfindən verilən məlumata görə, 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğu üçün media@bakugp.az ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

44
Teqlər:
F1, Bakı Şəhər Halqası, Avropa Qran Prisi, Formula 1, "Formula 1" üzrə Qran-Pri, Bakı
Əlaqədar
Formula 1 yarışında rol almaq istəyənlərin nəzərinə
Formula 1 Azərbaycana nə qazandıracaq?
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Distant təhsil, arxiv şəkli

Onlayn dərslərdən yayınan müəllimlərə xəbərdarlıq

0
Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

BAKI, 15 yanvar — Sputnik. Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq: "Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.

0