Tənzilə Rüstəmxanlı - Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri

Parlamentdə Sabir Rüstəmxanlını Tənzilə Rüstəmxanlı əvəz edə bilər

92
(Yenilənib 12:01 03.09.2015)
Tənzilə Rüstəmxanlı: Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürmək fikrim var. Mən namizədliyimi irəli sürəcəyəmsə, Sabir Rüstəmxanlı namizəd olmayacaq.

BAKI, 3 sent-Sputnik. Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürmək fikrim var. Mən namizədliyimi irəli sürəcəyəmsə, Sabir Rüstəmxanlı namizəd olmayacaq.
Sputnik xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azəri-Türk” Qadınlar Birliyinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı deyib.
Rüstəmxanlı bildirib ki, deputatlığa namizəd olmaq fikrindədir. O bu barədə Sabir  Rüstəmxanlı ilə razılığa gəldiklərini deyib: "Sabir Rüstəmxanlı partiya lideri olaraq qalacaq. Hələ ki, fikrimiz belədir, ancaq hər şeyi zaman göstərəcək”.
Sabir Rüstəmxanlı isə deputatlığa namizədliyini irəli sürəcəyi haqqında qərar vermədiyini deyib: “Hələ ki, partiyanın başqa namizədləri müəyyənləşdirilir. Mən problem deyiləm”. 


92
Mövzu:
Milli Məclisə seçkilər (40)