Arif Hacılı

Arif Hacılı: Müsavat Partiyası seçkilərdə iştirak etməlidir

100
Müsavat lideri: Kifayət qədər səs almaq imkanı olan partiya üzvləri seçkilərdə iştirak etməli və cəmiyyətə partiyanın məqsəd və məramlarını çatdırmalıdır.

BAKI, 29 avq-Sputnik.“Noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Qeyri-bərabər də olsa, iki ay müddətində siyasi fəaliyyət üçün imkanlar var. Müsavat Partiyası bu imkanlardan yararlanmalı, parlament seçkilərində iştirak etməlidir”.

Sputnik APA-ya istinadən xəbər verir ki, bunu Müsavat Partiyası Məclisinin iclasında partiyanın başqanı Arif Hacılı deyib.

Hacılı bildirib ki, kifayət qədər səs almaq imkanı olan partiya üzvləri seçkilərdə iştirak etməli və cəmiyyətə partiyanın məqsəd və məramlarını çatdırmalıdır: “Müsavat Partiyasının rəhbərliyinin Milli Məclisə daxil olacağı barədə illüziyalara malik deyilik. Seçkidə iki məqsədlə iştirak edəcəyik. Birinci, ölkədəki siyasi vəziyyətin dəyişməsinə çalışacağıq, ikincisi, bu seçki kampaniyasından da partiyanın məqsədlərinin cəmiyyətə çatdırılması üçün istifadə edəcəyik. Seçkilərin yola verilməsinə imkan verməyəcəyik, Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə hüquqlarımızın bir qismini bərpa edəcəyik”.


100
Teqlər:
Avropa İnsan Haqları Məhkəməsi, Milli Məclis, Müsavat partiyası, Arif Hacılı, Müsavat partiyası, Arif Hacılı, Azərbaycan
Formula 1 yarışları. Arxiv şəkli

"Formula 1-dən xeyir götürməsək belə, zərərlə çıxmamalıyıq"

52
(Yenilənib 16:20 18.01.2016)
"Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə. Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir"

BAKI, 18 yan — Sputnik. 2016-cı ilin yay aylarında Azərbaycanda keçiriləcək Formula1 yarışları ilə bağlı Sputnik, idman sahəsinin tanınmış simalarının münasibətini öyrənməkdə davam edirik.

Formula 1 yarışları. Arxiv şəkli
© Sputnik / Евгений Одиноков

Vasif Namazov — Alpaqut döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası: "Nəinki Forumula1, istənilən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xeyrinədir. Ancaq bilmirəm, bu yarışın keçirilməsinə nə qədər vəsait ayrılıb və bundan ölkəmiz nə qazanacaq. Yəni hər şeyi düzgün hesablamaq lazımdır ki, dövlətimiz və xalqınmız qazanc əldə etsin.

Bildiyiniz kimi Bakı 2015 İlk Avropa Oyunları çox möhtəşəm keçdi, hətta dünya mediası da bu barədə geniş informasiyalar verdi. Təbii ki, Azərbaycan dövlətçiliyi, dövlətimizin beynəlxalq arenada tanınması nöqteyi-nəzərdən bu çox faydalı oldu. 

Ancaq ölkəmizə turizm axını nöqteyi-nəzərdən bu, hesablanan kimi effekt vermədi. Düşünürəm ki, dövlətimiz artıq bu istiqamətdə bir təcrübə qazandı və yəqin ki, bu yarışın keçirilməsini düzgün hesablayıblar. Heç olmasa, ən azından çəkilən xərcə görə artıq olmasa da, başa-baş xeyr olmaldır. Bütün dünya idmana biznes gözü ilə baxır. Bu, bir gerçəklikdir. Hansı idman sahəsi olursa olsun. Hər bir dövlət öz maraqları naminə hərəkət edir. Biz də belə etməliyik".

Səxavat Qurbanov — idman jurnalisti: "Formula 1 yarışının ölkəmizdə keçirilməsi təbii ki, müsbət haldır. Bu tip yarışların Azərbaycanda keçirilməsi idmanın bu növünün Azərbaycanda daha da populyarlaşmasına zəmin yaradacaq. Sössüz ki, bu yarışı sevənlər ölkəmizdə az deyil. Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə.

Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir. 

Son hadisələr belə yarışları kölgədə qoyur. Əgər bir il bundan öncə bu yarış keçirilsəydi, o zaman daha ajiotajlı olardı. İstənilən halda Formula 1-in Azərbaycanda keçirilməsi sevindirici haldır və bunun müsbət tərəflərini də yaxın zamanda görəcəyik".

52
Teqlər:
Bakı, yarış, idman, Səxavat Qurbanov, Vasif Namazov, Formula 1
Əlaqədar
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Bakıda Formula I Avropa Qran Prisinə hazırlıqla bağlı yollar bağlanıb
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir

Bakı Şəhər Halqası ən sürətli şəhər treki statusu qazana bilər

44
(Yenilənib 13:44 12.01.2016)
Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

BAKI, 12 yan-Sputnik. Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

Sputnik-ə Formula 1 yarışının təşkilatçıları tərəfindən verilən məlumata görə, 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğu üçün media@bakugp.az ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

44
Teqlər:
F1, Bakı Şəhər Halqası, Avropa Qran Prisi, Formula 1, "Formula 1" üzrə Qran-Pri, Bakı
Əlaqədar
Formula 1 yarışında rol almaq istəyənlərin nəzərinə
Formula 1 Azərbaycana nə qazandıracaq?
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Enerji içki, arxiv şəkli

Nazirlik enerji içkiləri ilə bağlı qaldırıb

0
İstehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.

BAKI, 23 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmaları davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a qurumdan bildirilib.

Araşdırmaların ilkin nəticələrinə görə, "Avrora" MMC-nin istehsal etdiyi "BİZON energy" markalı spirtsiz içkilərin üzərində "ENERGY" və "CHARGE YOUR POWER" sözlərindən istifadə olunması ilə istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

"Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

İstehlak bazarında haqsız rəqabət hallarının və istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının 1-dən Azərbaycanda "Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları" qüvvəyə minib.

Həmin qaydalara görə, enerji içkilərinin etiketlərində mütləq "enerji içkisi", "tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur", "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" yazıları qeyd edilməlidir.

0