ADP deputatlığa namizədlərinin ilkin siyahısını açıqlayıb

76
(Yenilənib 15:53 26.08.2015)
Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar yaratdığı Mərkəzi Seçki Qərargahının ilk toplantısı keçirilib.

BAKI, 26 avq — Sputnik. Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar yaratdığı Mərkəzi Seçki Qərargahının ilk toplantısı keçirilib.

Partiyadan verilən məlumata görə, toplantıda Milli Məclisə bu ilin noyabrında keçirilməsi planlaşdırılan seçkilərdə partiyadan olan namizədlərin ilkin siyahısı, seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq atılacaq addımların müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib. Qərara alınıb ki, 05 sentyabr 2015-ci ildə partiyanın Ali Məclisinin iclası keçirilsin və seçkilərlə bağlı məsələlər məclisin müzakirəsinə çıxarılsın.

Eyni zamanda seçkilərdə partiya adından iştirakı dəqiqləşdirilən aşağıdakı ilkin siyahının açıqlanması qərarlaşdırılıb:

1. Sərdar Cəlaloğlu – 9 saylı Binəqədi 2-ci seçki dairəsi;

2. Həsrət Rüstəmov – 14 saylı Xəzər seçki dairəsi;

3. Taliyyət Əliyev – 21 saylı Nəsimi 1-ci seçki dairəsi;

4. Rəşid Mansurov – 22 saylı Nəsimi 2-ci seçki dairəsi;

5. Bəhruz Məmmədov – 23 saylı Nəsimi-Səbail seçki dairəsi;

6. Nurəddin İsmayılov – 25 saylı Nizami 2-ci seçki dairəsi;

7. Zakir Hüseynov – 34 saylı Xətai 2-ci seçki dairəsi;

8. Vasif Abdullayev – 35 saylı Xətai 3-cü seçki dairəsi;

9. Xaliddin Cahangirov – 42 saylı Sumqayıt 2-ci seçki dairəsi;

10. İsa Cəfərov – 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi;

11. Kamil İsayev – 46 saylı Şirvan seçki dairəsi;

12. Cəbrayıl Dünyamalıyev – 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi;

13. Daşqın Nuriyev – 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi;

14. Məmmədağa Eynullayev – 70 saylı Masallı şəhər seçki dairəsi;

15. Rahib Həşimov – 75 saylı Lənkəran-Masallı seçki dairəsi;

76