Yeni Azərbaycan Partiyası

YAP yenə qalib gələcək, digər qüvvələrsə onun yedəyində gedəcək

97
(Yenilənib 16:32 11.08.2015)
Zahid Oruc: Artıq xarici dövlətlər və beynəlxalq təşkilatlar da Azərbaycan müxalifətini dəstəkləmir.

BAKI, 11 avq-Sputnik. Müxalifət Azərbaycanın müstəqilliyi dövründən bəri indiki kimi zəif, pərakəndə və xaotik olmayıb.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Zahid Oruc ölkədəki seçkiöncəsi vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər əvvəlki seçkilərdə pis-yaxşı müxalifətin aparıcı qüvvələri, xüsusən də AXCP və Müsavat zahiri olsa da, bütün daxili ziddiyətləri kənara qoyub bir araya gələ bilirdilərsə, artıq bu gün o da mümkün deyil. “Bu gün bu qüvvələr arasında ziddiyət elə bir həddə çatıb ki, onların nəinki öz gələcək perspektivləri naminə, heç milli maraqlar naminə bir araya gəlməsi qeyri-mümkündür və bu da aşkar görünməkdədir. Ziddiyət elə pik həddədir ki, heç bir dəyər və maraq onların bir araya gəlməsinə yardım etmir” — deyə millət vəkili vurğulayıb.

Oruc onu da əlavə edib ki, müxalifətin maddi imkansızlığı da onun fəaliyyətinə təsir edən əsas amillərdən biridir: “Artıq beynəlxalq qüvvələr də müxalifətin fəaliyyətindən imtina edərək, onlardan daxili siyasi proseslərdə hakimiyyətə təzyiq etmək taktikasında əl çəkib. Çünki onlar da müxalitfətin nəyə qadir olduğunu və cəmiyyətdə təsir imkanlarını itirdiyini yaxşı görürlər. Odur  ki, beynəlxalq və xarici qüvvələr növbəti parlament seçkilərində ənənəvi müxalifətə dəstək verəcəyinə ümid bəsləməyə dəyməz. Ona görə də, 2015-ci il parlament seçkilərinə məhz xalqın maraqları konteksindən qiymət vermək lazımdır.”

Növbəti parlament seçkiləri və seçki marafonu haqqında mövqeyini açıqlayan Oruc deyib ki, yeni parlamentin üzərinə düşən missiyanı layiqincə yerinə yetirməsi üçün yenilənməsi və profesionalıq baxımından daha da güclənməsinə ciddi zərurət var: “Çünki bütün demokratik cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da müxtəlif baxışları özündə birləşdirən professional parlamentə ciddi ehtiyac var. 2015-ci il parlamenti xalqın gözlədiyi səviyyədə formalaşacaq. Bu isə seçkinin favoriti olan Yeni Azərbaycan Partiyasının müəyyən edəcəyi namizədlər korpusundan, seçki taktikasını hansı amillər üzərində quracağından asılı olacaq. Baxaq görək, YAP bu seçkilərdə  əvvəlki dönəmlərdə olduğu kimi yenədəmi texnokratiyanın, iqtisadi sferada, biznes sahəsində uğur qazananların parlamentdə təmsilçiliyinə üstünlük verəcək, ya yox?” Zahid Orucun fikrincə, düzdür,YAP-ın bu taktikası əvvəlki dönəmlərdə özünü doğrultsa da, bu dəfə bunun necə olacağını proqnozlaşdırmaq çətindir. “Sadəcə partiya yetkilisi Səyavuş Novruzov gələn parlament seçkiləri ilə bağlı müəyyən detalları açıqlayıb və bildirib ki, hazırda deputat olan şəxslərin dairələri diqqətlə araşdırılıb və növbəti dönəmdə onların dairələrdəki və ümumiyyətlə parlamentdəki fəaliyyəti nəzərə alınacaq. Ona görə də hazırda bütün diqqət YAP-a  və onun namizədlər korpusuna yönəlib. Necə deyərlər, seçki marafonu YAP-ın cəmiyyətə təqdim edəcəyi namizədlər korpusunda asılı olacaq. Seçkidə iştirak edəcək qüvvələr də məhz YAP-ın siyahısını və onun seçkidə seçəcəyi taktikanı gözləyir. Bu bir daha göstərir ki, növbəti seçkinin mütləq qalibi yenə hakim partiya olacaq və digər qüvvələr onun yedəyində gedəcək” — deyə  millət vəkili bildirib.

Oruc həmçinin deyib ki, bu seçkilər ölkədəki siyasi proseslərə konstruktiv mövqe nümayiş etdirən qüvvələr üçün də uğurlu olacaq. Bu qüvvələrin də parlamentdə təmsilçiliyinin şahidi olacağıq.

Radikal müxalifətin növbəti seçkilərdə uğursuzluğa düçar olacağını vurğulayan millət vəkili bunun səbəbini belə izah edib: “Birincisi, artıq cəmiyyət radikalizmi dəstəkləmir, ikincisi, onlara  olan etimadını itirib, üçüncüsü, uğurlu və düzgün seçki taktikasını seçə bilməyib və vaxt itkisinə yol verib. Yəni hakim partiyanı gözləyib, sonradan namizədi müəyyən etməsi və vaxt itkisinə yol verməsi müxalifətin uğursuzluqlarını şərtləndirən əsas amillərdəndir. Bura bir sıra digər amillər də  daxildir. Dislokasiyaya uyğun uğurlu namizədin seçilməməsi, orada vaxtında iş apara bilməməsi, müxalifətin nümayəndələrinin bir-birinə rəqib olması və sair.”

Deputatın fikrincə, həmişə olduğu kimi bu dəfə də müxalifət öz məğlubiyyətini hakimiyyəti demokratik seçki keçirməməkdə ittiham edərək sığortalamağa və bu yolla uğursuzluğunu ört-basdır etməyə çalışacaq. “Müxalifət liderləri anlamır ki, zaman o zaman deyil. Bu taktika əksinə, onların ziyanına işləyir. Müxalifət öz məğlubiyyətini və bunun səbəblərini cəmiyyətə etiraf etməli, öz gələcək fəaliyyətini dövrün tələblərinə uyğun qurmalıdır” – deyə Zahid Oruc əlavə edib.

97
Teqlər:
növbəti parlament seçkiləri, növbəti parlament seçkisi, Azərbaycan müxalifəti, Parlament seçkiləri, Parlament seçkiləri 2015, parlament seçkisi, Müsavat partiyası, YAP, Müsavat, Yeni Azərbaycan Partiyası, AXCP, Zahid Oruc, Azərbaycan
Formula 1 yarışları. Arxiv şəkli

"Formula 1-dən xeyir götürməsək belə, zərərlə çıxmamalıyıq"

52
(Yenilənib 16:20 18.01.2016)
"Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə. Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir"

BAKI, 18 yan — Sputnik. 2016-cı ilin yay aylarında Azərbaycanda keçiriləcək Formula1 yarışları ilə bağlı Sputnik, idman sahəsinin tanınmış simalarının münasibətini öyrənməkdə davam edirik.

Formula 1 yarışları. Arxiv şəkli
© Sputnik / Евгений Одиноков

Vasif Namazov — Alpaqut döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası: "Nəinki Forumula1, istənilən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xeyrinədir. Ancaq bilmirəm, bu yarışın keçirilməsinə nə qədər vəsait ayrılıb və bundan ölkəmiz nə qazanacaq. Yəni hər şeyi düzgün hesablamaq lazımdır ki, dövlətimiz və xalqınmız qazanc əldə etsin.

Bildiyiniz kimi Bakı 2015 İlk Avropa Oyunları çox möhtəşəm keçdi, hətta dünya mediası da bu barədə geniş informasiyalar verdi. Təbii ki, Azərbaycan dövlətçiliyi, dövlətimizin beynəlxalq arenada tanınması nöqteyi-nəzərdən bu çox faydalı oldu. 

Ancaq ölkəmizə turizm axını nöqteyi-nəzərdən bu, hesablanan kimi effekt vermədi. Düşünürəm ki, dövlətimiz artıq bu istiqamətdə bir təcrübə qazandı və yəqin ki, bu yarışın keçirilməsini düzgün hesablayıblar. Heç olmasa, ən azından çəkilən xərcə görə artıq olmasa da, başa-baş xeyr olmaldır. Bütün dünya idmana biznes gözü ilə baxır. Bu, bir gerçəklikdir. Hansı idman sahəsi olursa olsun. Hər bir dövlət öz maraqları naminə hərəkət edir. Biz də belə etməliyik".

Səxavat Qurbanov — idman jurnalisti: "Formula 1 yarışının ölkəmizdə keçirilməsi təbii ki, müsbət haldır. Bu tip yarışların Azərbaycanda keçirilməsi idmanın bu növünün Azərbaycanda daha da populyarlaşmasına zəmin yaradacaq. Sössüz ki, bu yarışı sevənlər ölkəmizdə az deyil. Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə.

Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir. 

Son hadisələr belə yarışları kölgədə qoyur. Əgər bir il bundan öncə bu yarış keçirilsəydi, o zaman daha ajiotajlı olardı. İstənilən halda Formula 1-in Azərbaycanda keçirilməsi sevindirici haldır və bunun müsbət tərəflərini də yaxın zamanda görəcəyik".

52
Teqlər:
Bakı, yarış, idman, Səxavat Qurbanov, Vasif Namazov, Formula 1
Əlaqədar
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Bakıda Formula I Avropa Qran Prisinə hazırlıqla bağlı yollar bağlanıb
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir

Bakı Şəhər Halqası ən sürətli şəhər treki statusu qazana bilər

44
(Yenilənib 13:44 12.01.2016)
Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

BAKI, 12 yan-Sputnik. Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

Sputnik-ə Formula 1 yarışının təşkilatçıları tərəfindən verilən məlumata görə, 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğu üçün media@bakugp.az ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

44
Teqlər:
F1, Bakı Şəhər Halqası, Avropa Qran Prisi, Formula 1, "Formula 1" üzrə Qran-Pri, Bakı
Əlaqədar
Formula 1 yarışında rol almaq istəyənlərin nəzərinə
Formula 1 Azərbaycana nə qazandıracaq?
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0