Fazil Mustafa

Fazil Mustafanın partiyası deputatlığa 15 namizədi təsdiqləyib

188
(Yenilənib 11:18 11.08.2015)
Fazil Mustafa namizədliyini 26 saylı Sabunçu birinci seçki dairəsindən verəcək.

BAKI, 11 avq-Sputnik. Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib. Partiyanın mərkəzi qərargahında BQP başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ictimai-siyasi vəziyyət, partiya strukturlarının parlament seçkilərinə hazırlığının vəziyyəti, yerli təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Mili Məclisinin deputatlığına namizədlərin irəli sürülməsi və digər məsələlər müzakirə edilib.

Sputnik BQP-dən verilən məlumata istinadən bildirir ki, iclasda ictimai-siyasi vəziyyət mövzusunda Fazil Mustafanın məruzəsi dinlənilib və seçkili orqan üzvlərinin sualları cavablandırılıb. 

Siyasi Qurulda seçki dairələri üzrə aşağıda adları qeyd olunan şəxslərin Böyük Quruluş Partiyası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliklərinin irəli sürülməsi məsələsinin Ali Məclisin gündəliyinə salınması haqqında qərar qəbul edilib:

26 saylı Sabunçu birinci seçki dairəsi üzrə- Mustafa Fazil Qəzənfər oğlu. BQP Başqanı, fəlsəfə üzrə fəlsəfə doktoru, hazırkı millət vəkili;

8 saylı Binəqədi birinci seçki dairəsi üzrə- Aslanzadə Dürdanə Səyyar qızı. Ali təhsilli, memar, maliyyə-iqtisad kollecinin müəllimi;

11 saylı seçki dairəsi üzrə-Soltanov Ağaəmi Balaəmi oğlu. Ali təhsilli, özəl sektor;

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə- Mirzəyev Teymur Aydın oğlu. Ali təhsilli, özəl sektor;

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə-Süleymanov Şahin Süleyman oğlu. Ali təhsilli, özəl sektor;

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə-Nəcəfov Namiq Nəcəf oğlu. Ali təhsilli, müvəqqəti işsiz;

43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə- Kərimov Kərim Məmmədhəsən oğlu. Ali təhsilli, özəl sektor;

70 saylı Masallı şəhər seçki dairəsi üzrə- Əzizov Mirrəhman Mirnağı oğlu. Ali təhsiili, müəllim;ali 

73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə- Əlizadə Ağababa Həzi oğlu.BQP Lənkəran rayon təşkilatının sədri, müvəqqəti işsiz;

85 saylı Şamaxı seçki dairəsi üzrə- Niftəliyev Orucəli Şanavaz oğlu. Ali təhsilli, müəllim;

91 saylı Ucar seçki dairəsi üzrə- Yusifov Elvin Fizuli oğlu. BQP Ucar rayon təşkilatının sədri, ali təhsilli, mühasib;

92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə- Vəliyev Elxan İbrahiməli oğlu. Ali təhsilli, memar;

96 saylı Goranboy-Naftalan seçki darəsi üzrə- Qasımov Valeh Nurəddin oğlu. Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan mayor;

99 saylı Şəmkir kənd seçki dairəsi üzrə- Abdullayev Hafiz İsmayıl oğlu, ali təhsilli, həkim;

107 saylı Qazax seçki dairəsi üzrə- Eyyubov Ərəstun Dilənçi oğlu, ali təhsilli, aqronom.

İclasda digər seçki dairələri üzrə deputatlığa namizədlərin müəyyənləşdirilməsinin həftə ərzində yekunlaşdırılması qərara alınıb.

188
Teqlər:
Parlament seçkiləri, Parlament seçkiləri 2015, parlament seçkisi, BQP, Böyük Quruluş Partiyası, Fazil Mustafa, Azərbaycan
Formula 1 yarışları. Arxiv şəkli

"Formula 1-dən xeyir götürməsək belə, zərərlə çıxmamalıyıq"

52
(Yenilənib 16:20 18.01.2016)
"Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə. Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir"

BAKI, 18 yan — Sputnik. 2016-cı ilin yay aylarında Azərbaycanda keçiriləcək Formula1 yarışları ilə bağlı Sputnik, idman sahəsinin tanınmış simalarının münasibətini öyrənməkdə davam edirik.

Formula 1 yarışları. Arxiv şəkli
© Sputnik / Евгений Одиноков

Vasif Namazov — Alpaqut döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası: "Nəinki Forumula1, istənilən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xeyrinədir. Ancaq bilmirəm, bu yarışın keçirilməsinə nə qədər vəsait ayrılıb və bundan ölkəmiz nə qazanacaq. Yəni hər şeyi düzgün hesablamaq lazımdır ki, dövlətimiz və xalqınmız qazanc əldə etsin.

Bildiyiniz kimi Bakı 2015 İlk Avropa Oyunları çox möhtəşəm keçdi, hətta dünya mediası da bu barədə geniş informasiyalar verdi. Təbii ki, Azərbaycan dövlətçiliyi, dövlətimizin beynəlxalq arenada tanınması nöqteyi-nəzərdən bu çox faydalı oldu. 

Ancaq ölkəmizə turizm axını nöqteyi-nəzərdən bu, hesablanan kimi effekt vermədi. Düşünürəm ki, dövlətimiz artıq bu istiqamətdə bir təcrübə qazandı və yəqin ki, bu yarışın keçirilməsini düzgün hesablayıblar. Heç olmasa, ən azından çəkilən xərcə görə artıq olmasa da, başa-baş xeyr olmaldır. Bütün dünya idmana biznes gözü ilə baxır. Bu, bir gerçəklikdir. Hansı idman sahəsi olursa olsun. Hər bir dövlət öz maraqları naminə hərəkət edir. Biz də belə etməliyik".

Səxavat Qurbanov — idman jurnalisti: "Formula 1 yarışının ölkəmizdə keçirilməsi təbii ki, müsbət haldır. Bu tip yarışların Azərbaycanda keçirilməsi idmanın bu növünün Azərbaycanda daha da populyarlaşmasına zəmin yaradacaq. Sössüz ki, bu yarışı sevənlər ölkəmizdə az deyil. Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə.

Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir. 

Son hadisələr belə yarışları kölgədə qoyur. Əgər bir il bundan öncə bu yarış keçirilsəydi, o zaman daha ajiotajlı olardı. İstənilən halda Formula 1-in Azərbaycanda keçirilməsi sevindirici haldır və bunun müsbət tərəflərini də yaxın zamanda görəcəyik".

52
Teqlər:
Bakı, yarış, idman, Səxavat Qurbanov, Vasif Namazov, Formula 1
Əlaqədar
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Bakıda Formula I Avropa Qran Prisinə hazırlıqla bağlı yollar bağlanıb
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir

Bakı Şəhər Halqası ən sürətli şəhər treki statusu qazana bilər

44
(Yenilənib 13:44 12.01.2016)
Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

BAKI, 12 yan-Sputnik. Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır.

Sputnik-ə Formula 1 yarışının təşkilatçıları tərəfindən verilən məlumata görə, 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğu üçün media@bakugp.az ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

44
Teqlər:
F1, Bakı Şəhər Halqası, Avropa Qran Prisi, Formula 1, "Formula 1" üzrə Qran-Pri, Bakı
Əlaqədar
Formula 1 yarışında rol almaq istəyənlərin nəzərinə
Formula 1 Azərbaycana nə qazandıracaq?
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Devalvasiya Formula 1 və İslam Oyunlarının büdcəsinə təsir etməyəcək
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
İtaliyada epdimioloji vəziyyət, arxiv şəkli

"Dünya fəlakətin astanasındadır" ÜST rəhbəri açıq danışdı

0
(Yenilənib 17:01 18.01.2021)
Qebreyesus qeyd edib ki, müxtəlif ölkələrdən insanların vaksinə bərabər çıxışını təmin etmək planları təhdid altındadır.

 

BAKI, 18 yanvar — Sputnik. Dünya mənəvi fəlakətin astanasındadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qurumun İcraçı Komitəsində çıxışında bildirib.

"Mən açıq deyəcəyəm: Dünya fəlakətli mənəvi bir səhvin astanasındadır - bu səhvin qiyməti insan həyatı olacaq və dünyanın ən kasıb ölkələrində yaşamaq imkanı olmayacaq", - deyə ÜST rəhbəri qeyd edib.

O vurğulayıb ki, 49 inkişaf etmiş ölkənin vətəndaşları artıq 39 milyon doza vaksini alıb. Eyni zamanda ən kasıb ölkələrdən birində isə cəm 25 peyvəndləmə həyata keçirilir.

Qebreyesus qeyd edib ki, müxtəlif ölkələrdən insanların vaksinə bərabər çıxışını təmin etmək planları təhdid altındadır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 milyonu keçib, 2 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0