Qaz kəməri, arxiv şəkli

Azərbaycanın Avropaya ixrac etdiyi qazın dəyəri 1 mlrd. dollara yaxınlaşır

1150
(Yenilənib 19:37 15.09.2021)
Avropaya ixrac edilən qazın 3 046 941,26 kubmetri (836 241,79 min dollar dəyərində) İtaliyanın, 424 205,61 kubmetri (127 571,4 min dollar) Yunanıstanın, 150 749,16 kubmetri isə (22 464,97 min dollar) Bolqarıstanın payına düşüb.

BAKI, 15 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Avropaya 986 278,16 min ABŞ dolları dəyərində 3 621 896,03 kubmetr həcmində qaz ixrac edib.

Dövlət Gömrük Komitəsindən APA-Economics-ə verilən məlumata görə, Avropaya ixrac edilən qazın 3 046 941,26 kubmetri (836 241,79 min dollar dəyərində) İtaliyanın, 424 205,61 kubmetri (127 571,4 min dollar) Yunanıstanın, 150 749,16 kubmetri isə (22 464,97 min dollar) Bolqarıstanın payına düşüb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 1 089 818,18 min dollarlıq 7 309 619,31 kubmetr qaz ixrac edib. Yanvar-avqust aylarında Azərbaycan Gürcüstana 268 509,14 min dollar dəyərində 2 157 801,61 kubmetr qaz nəql edib. Bununla yanaşı, hesabat dövründə Azərbaycan İrana 5 786,28 min dollar dəyərində 152 446,53 kubmetr qaz ixrac edib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur.

Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

1150
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Tərtərdə vəziyyət

Müharibə buradan başlandı - Mülki şəhid verən qəhrəman şəhər

2
(Yenilənib 20:16 27.09.2021)
Vətən müharibəsi haqda ilk xəbərlərdə məhz bu yaşayış məntəqəsinin adı çəkilir - Tərtər. Düşmənin ilk hücumunu qəbul edən rayona savaş dövründə Ermənistan ordusu 16 mindən çox top, tank, "Qrad" mərmisi, həmçinin 21 ədəd qadağan olunmuş raket atdı.

BAKI, 27 sentyabr — Sputnik. Erməni terroru nəticəsində 16 nəfər mülki şəxsin həlak olduğu, 63 nəfərin yaralandığı Tərtərin sakinləri bir gün də olsun, öz evlərini tərk etmədilər. Buna səbəb isə ön xətdə düşmənə cavab verən Azərbaycan Ordusu idi.

"Tərtərin mülki əhalisi elə ilk gündən hədəfə alınmışdı. Buna baxmayaraq, vətəndaşlar Ordumuza, Ali Baş Komandanımıza arxayın idilər. Bu səbəbdən də bir nəfər də olsun evini tərk etmədi", - Şıxarx qəsəbə sakini Xəlil Nəsirov Sputnik Azərbaycan-a müsahibəsində deyir.

"27-si səhər tezdən başladılar atmağa. Bütün camaat girdi sığınacaqlara. Göydən od kimi tökdülər. Elə bildilər ki, camaat qaçacaq. Hara qaçır camaat? Elələri vardı, heç yerindən tərpənmədi. İki mülki vətəndaşımız həmin gün şəhid oldu", - X.Nəsirov bildirib.

© Sputnik / Emin Alisahib
Xəlil Nəsirov

Eyniadlı qəsəbənin sakini Çingiz Teymurov danışır ki, binaların hamısında ermənilərin atdığı mərmilərin izi vardı: “Gördüyünüz bu binaların hamısına mərmi düşmüşdü. Elə bina yox idi ki, oraya üçü-dördü düşməsin". 

“Demək olar ki, sağ yer, salamat ünvan qalmamışdı. Dayandığımız hər yeri atəşə tuturdular. Mən 25-ci binanın birinci mərtəbəsində oluram. Elə üç mərmi bizim evin yaxınlığına düşmüşdü. Qonşu bloka girib, içəridə partlamışdı. Şəhid olanımız da oldu burada, yaralananımız da", - hadisə şahidi İlqar İbarahimov ötən ilin hadisəsini xatırlayır.

Yerli əhali deyir ki, ermənilər yaşayış məntəqələrini ona görə vururdular ki, camaatı təşvişə salsınlar, müharibəni dayandırsınlar.

"Amma əksinə, heç kim qorxmurdu. Bəli, düşmən yanılmışdı. Anlamırdı ki, üstünə yağış kimi yağan güllələrə rəğmən, camaat Ali Baş Komandanına, qüdrətli ordusuna arxayındır", - İlqar İbrahimov deyir.

© Sputnik / Emin Alisahib
İlqar İbrahimov

“Şükür olsun Allahın böyüklüyünə ki, bizim qüdrətli ordumuz, dövlətimiz, dövlətin başçısı var. Çox sağ olsunlar! Böyük şücaət göstərdilər. Otuz ildir məcburi köçkün həyatı yaşayırdıq. Mən özüm Ağdam rayonundanam. Elə Tərtər rayonunda köçkünlük həyatı çəkmişik. Otuz ildir çıxdığım doğma kəndim buradan görünür. İllər boyu səhər-axşam gözümü oradan çəkə bilmirdim. İndi, şükür, azad edilib. Allah cəmi şəhidlərə rəhmət eləsin! Qəbirləri nurla dolsun. Çox zəhmət çəkdilər. Hər bir şəhid, hər bir qazi Azərbaycan xalqı üçün əzizdir. Çünki onlar bu insanların doğma yurd-yuvasının azadlığı uğrunda canlarından keçiblər", - Çingiz Teymurov bildirir.

Xəlil Nəsirov qeyd edir ki, müharibə vaxtı evləri dağılsa da, indi hamısı bərpa edilib: "Allah ordumuza kömək olsun! Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə də cansağlığı versin! Onların sayəsində torpaqlarımız azad olundu. İndi sakit yaşayırıq. Allah prezidentimizə də ömür versin. Müharibə vaxtı dağılan evlərimiz yenidən bərpa olundu. Şükür Allaha, indi arxayın yaşayırıq”.

Bu gün hamı razıdır, hamı rahatdır. Düşmənin atdığı güllələrə sinəsini sipər edən mülki əhalinin bir arzusu qalır. O da didərgin salındığı torpağına geri dönməkdir.

"Dinclik, sakitlikdir. Hamı xoşbəxt, firavan həyat sürür. Amma bir arzumuz var: bu müsahibələri öz torpağımıza gedib orada vermək. Gözümüz yoldadır. Bizi nə vaxt köçürərlər, görəsən?.." - İlqar İbrahimov deyir.

İlqar İbrahimov kimi bu gün bütün qarabağlıların gözü yoldadır. Otuz il əvvəl məcburi çıxarılaraq, köçkün salındıqları ünvanlara, ata-baba yurdlarına qayıdacaqları günü gözləyirlər.

2
Əfqanıstan Prezidenti Əşrəf Qani, arxiv şəkli

Əşrəf Qəni Taliban hakimiyyətini tanımağa çağırıb?

2
(Yenilənib 20:07 27.09.2021)
Daha əvvəl eks-prezidentin rəsmi "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer alıb.

BAKI, 27 sentyabr — Sputnik. Əfqanıstanın keçmiş prezidenti Muhammed Əşrəf Qəninin "Facebook" hesabı sındırılıb. Bundan bir neçə dəqiqə əvvəl isə həmin hesabdan Taliban* hakimiyyətinin tanınmasına çağırış edilib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

"Muhammed Əşrəf Qəninin "Facebook"-dakı rəsmi səhifəsi sındırılıb", – deyə Qəni öz "Twitter" hesabında yazıb.

Bundan əvvəl Əşrəf Qəninin "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer almışdı. Bəyanatda Taliban qruplaşmasına kömək göstərilməsi, onun hakimiyyətinin tanınması və Əfqanıstanın aktivlərinin yenidən açılmasına çağırış öz əksini tapıb.

Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı

 

2