Meğridə yük maşını, arxiv şəkli

Gorus-Qafan yolu ilə Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıblar

2349
(Yenilənib 18:05 15.09.2021)
Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

BAKI, 15 sentyabr — Sputnik. Erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: "Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb".

O bildirib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Həmçinin oxuyun:

DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib

2349
Sahibkar Maqsud Mahmudov

Qalmaqallı lombard sahibi Azərbaycana təhvil verildi

6
MTN generalı Akif Çovdarovun məhkəməsində özünü zərərçəkmiş kimi təqdim edən M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb.

BAKI, 18 sentyabr — Sputnik. 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir. 

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. 

Qeyd edək ki, MTN generalı Akif Çovdarovun məhkəməsində özünü zərərçəkmiş kimi təqdim edən M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı yerli mətbuatda xəbərlər də dərc olunmuşdu. O, daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub. Üstəlik, onun 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında üç dəfə müalicəyə qəbul edildiyi, iki dəfə oradan qaçdığı bildirilir.

Bir müddət öncə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna verdiyi sorğular təmin edilib və nəticədə oğurluqda təqsirləndirilən Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilibr.

Eləcə də oxuyun:

6

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

13
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

13
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva