Covid-19

RNT viruslar daha çox dəyişir

11
(Yenilənib 20:12 15.09.2021)
Baş infeksionisti Təyyar Eyvazovuz sözlərinə görə, yoluxma sayı çox olan yerlərdə virusun mutasiyaya uğraması şəraiti də yüksəkdir.

BAKI, 15 sentyabr — Sputnik. RNT viruslar daha çox dəyişir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayımda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, COVID virusu da RNT tərkibli virus olduğu üçün dəyişir, mutasiyaya uğrayır:

“Harada yoluxma sayı çoxdur, orada virusun mutasiyaya uğraması şəraiti də yüksəkdir. Bu səbəbdən də əksər ölkələrdə peyvəndin bərabər paylanılmasına çalışılır ki, virus mutasiyaya uğramasın”.

O bildirib ki, iki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil.

11
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Məktəblərdə yeni dərslik tətbiq olunacaq

0
(Yenilənib 14:38 16.09.2021)
Növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq ki, bu da "Təbiət" dərsliyidir.

BAKI, 16 sentyabr — Sputnik. Növbəti illərdə kurikulum daha da sadələşdiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib.

O, bildirib ki, ümumtəhsildə qiymətləndirmə konsepsiyasına da yenidən baxılır: "Ola bilər ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun.Məktəblərdə şagirdlərin qiymətləndirməsinə yenidən baxılır".

R.Əzizov qeyd edib ki, növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq. Bu, "Təbiət" dərsliyidir. Burada təbiət fənlərinin inteqrasiyasından söhbət gedir".

Onun sözlərinə görə, yeni dərslik tamamilə bacarıq, tədqiqat istiqamətdə dərslərin keçirilməsinə əsaslanır: "Dərslik gənc müəlliflər tərəfindən hazırlanıb. Bu dərsləri tədris edəcək sinif müəllimləri üçün dərslik müəllifləri tərəfindən təlimlər təşkil olunub. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri Kimya, Biologiya və Fizika fənləri olaraq ayrılacaq".

0

İƏT nümayəndə heyəti Şuşa şəhərindədir

91
(Yenilənib 14:39 16.09.2021)
Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

BAKI, 16 sentyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərindədir.

11:11

Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya yola düşüb.

"Report"un xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun:

Əliyev İƏT-ə səsləndi - Sizi də görmək istərdik

Şuşa yeni festivala hazırlaşır

Şuşa yolunun inşası tamamlanmaq üzrədir

91
Teqlər:
zərif cins, sosial