Milli Məclisin binası, arxiv şəkli

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib

19
Prezidentin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə geniş müzakirələrin aparılması nəzərdə tutulub. Azərbaycan muğam sənətinin qorunması ilə bağlı qanun layihəsi isə parlamentin müzakirəsinə çıxarılacaq.

BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 14-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib. Milli Məclisdən Sputnik Azərbaycan-a məlumat verilib ki, komitə sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə danışıb. Müzakirəyə əvvəlcə Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlər barədə hesabat təqdim olunub.

Qənirə Paşayeva bildirib ki, hesabat dövründə komitənin 14 iclası keçirilib. İclaslarda 7 qanun layihəsi də daxil olmaqla 17 məsələ müzakirə olunub. Komitədə baxılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclası tərəfindən qəbul edilib. Hesabat dövründə komitənin ünvanına daxil olmuş 2013 məktub, təklif, ərizə və şikayətin 1554-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib.

O, hesabat dövründə komitə tərəfindən vətəndaşların, xüsusən də yaradıcı şəxslərin qəbulu, Azərbaycanın və türk dünyasının mədəniyyət sahəsində fəaliyyət göstərən müvafiq təşkilatları ilə davam etdirilən əməkdaşlıq və digər tədbirlər barədə məlumat verib.

İclasda Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub.

İş planına əsasən, qarşıdakı sessiyada "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi ilə yanaşı, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması diqqət mərkəzində olacaq. Bundan başqa, komitədə dinləmələrin keçirilməsi, xüsusən də cənab Prezidentin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə geniş müzakirələrin aparılması nəzərdə tutulub.

Sonra iclasda Mülki Məcəllədə, "Müflisləşmə və iflas haqqında", "İcra haqqında", "Banklar haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "Sığorta fəaliyyəti haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" və "Məşğulluq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb. Qənirə Paşayeva bildirib ki, layihədə "Teatr və teatr fəaliyyəti haqqında" qanuna nəzərdə tutulan dəyişikliyə komitə öz rəyini bildirməlidir. Bildirilib ki, təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi, eyni zamanda onun dayanıqlı maliyyə təminatını yaradan icbari tibbi sığorta haqları ilə bağlıdır.

Müzakirələr zamanı Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, komitə üzvləri Nizami Cəfərov, Cavanşir Feyziyev, Əziz Ələkbərov, Ülviyyə Həmzəyeva və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Çıxış edənlər komitənin hesabatını yüksək qiymətləndiriblər, komitənin yaradıcı insanlara göstərdiyi diqqəti təqdirlə qarşılayıblar, müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər. Deputatlar komitənin gündəliyinə çıxarılan qanun layihəsini Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə tövsiyə ediblər.

İclasda deputat Mixail Zabelin və digər rəsmi şəxslər də iştirak ediblər.

Həmçinin oxuyun:

Milli Məclisdə "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

19
Teqlər:
MM
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

6
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

6
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

6
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

6