Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə yola düşüb

© AR Ministry of DefenceMüdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə gediblər.
BAKI, 14 sentyabr — Sputnik. Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirakı planlaşdırılır.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri keçirilir.
Təlimlərdə iştirak edən Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.
Həmçinin oxuyun:
* "TurAz Şahini - 2021": çətin pilotaj və döyüş manevrləri - VİDEO
* Azərbaycan və Türkiyənin döyüş təyyarələri əməliyyat uçuşları ediblər
TurAz Şahini - 2021 təlimlərində təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edir
Hərbi ekspert: "TurAz Şahini-2021" təlimləri Ermənistana göz dağı olacaq
Hərbi təyyarələrimiz Konya səmasına qalxdılar - VİDEO
 
Xəbər lenti
0