Prezident iki rayona icra başçısı təyin etdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı
Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rafiq Əsgər oğlu Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilmişdi.
BAKI, 14 sentyabr — Sputnik. Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rafiq Əsgər oğlu Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilmişdi.
Xəbər lenti
0