Koronavirusa qarşı peyvənd vurulmasında dair sertifikat, arxiv şəkli

Vaksin sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar

8121
(Yenilənib 14:46 14.09.2021)
Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əməkhaqqı məsələsi ilə bağlı hələlik məlumat yoxdur.

BAKI, 14 sentyabr — Sputnik. Peyvənd olunmayan, əks-göstəriş və immun sertifikatları olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əməkhaqqı məsələsi ilə bağlı hələlik məlumat yoxdur.

Əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin sayına gəldikdə isə, nazir müşaviri bu məlumatların gündəlik dəyişdiyini söyləyib: "Ona görə də hansısa rəqəmləri açıqlamaq istəmirəm, çünki dəqiq olmaz".

O, həmçinin məktəblərdə bufet və idman zallarının açılıb-açılmayacağı məsələsinə də münasibət bildirərək deyib ki, artıq bununla bağlı Nazirlər Kabineti qaydalar hazırlayır: "Hazırda müzakirələr gedir, amma hansı formada açılması bir neçə gün ərzində bəlli olacaq".

Həmçinin oxuyun:

* 35 min müəllim əyani tədrisə buraxılmaya bilər

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək?

* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı

* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq

Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı

Şagirdlərin məktəbə hansı forma geyinəcəyinə nazir aydınlıq gətirdi

8121
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir

6
Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir.

BAKI, 23 sentyabr — Sputnik. Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: "Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək".

N.Məmmədli universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halının qeydə alınması təhlükəsinə də toxunub. Nazirlik rəsmisinin sözlərinə görə, belə hallar baş verərsə, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək:

"Həmçinin şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır. Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar".

Həmçinin oxuyun:

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?

6
Teqlər:
universitet, dərs
Əsir, arxiv şəkli

İtkin düşmüş hərbi əsirlərin problemlərinin həlli

2
Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

BAKI, 23 sentyabr — Sputnik. Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlumatına görə, Qarabağ münaqişəsi başlayandan bəri 719-u mülki şəxs olmaqla 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Müraciətdə deyilir ki, indiyə qədər Xocalı şəhərinin 196 sakini, o cümlədən 36 uşaq və 65 qadın (20 qoca) itkin düşüb. Azərbaycan Respublikasının, həmçinin Cenevrə konvensiyalarının, iştirakçısı olduğu beynəlxalq sazişlərin tələblərinə zidd olaraq, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş yeddi Azərbaycan hərbçisinin taleyi haqqında da məlumat vermir. Son bir ildə Rusiyanın vasitəçiliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) köməyi ilə keçmiş münaqişədə olan tərəflər arasında dəfələrlə hərbi əsirlər dəyişdirilib.

Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynalov, həmçinin qeyd olunan məsələlərlə məşğul olan digər ictimai təşkilatların nümayəndələri sentyabrın 30-da saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında bu problemlərin necə həll olunması barədə danışacaq.

Tədbir iştirakçılarına sualları əvvəlcədən e.velizade@sputniknews.com elektron ünvanına göndərmək olar.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

2
Teqlər:
itkin, hərbi, hərbi əsir