Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Əhali məhkəmə qərarlarının icra olunmamasından şikayətçidir

27
(Yenilənib 13:08 14.09.2021)
Bu il Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 148 müraciət daxil olubBu il Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 148 müraciət daxil olub.

BAKI, 14 sentyabr — Sputnik. 2021-ci il birinci yarımili ərzində Ailə, Qadın və Uşaq və Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.

Sputnik Azərbaycan komitəyə istinadən xəbər verir ki, bu müddətdə quruma 1718 vətəndaş müracəti, 664 xidməti məktub daxil olub. Vətəndaş müraciətlərinin mövzular üzrə təhlilindən aydın olub ki, məhkəmə qərarlarının icra edilməməsi (384), məişət zorakılığı (148), müalicə və müayinə olunmaqda köməklik (116), müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması (98) ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan 148 müraciət üzrə yerli icra hakimiyyəti orqanlarından 86 cavab məktubu alınıb və bu cavab məktublarının təhlili aparılıb. Müraciətlərlə bağlı lazımı tədbirlər görülüb, yerli icra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə işçi qaydada əlaqə saxlanılıb.

Məişət zorakılığından zərərçəkənlər üçün qeyri-dövlət yardım mərkəzlərinin sığınacaqlarında yerləşdirilmiş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Komitəsi qurumlararası əlaqələndirməni həyata keçirib və onların müdafiəsinin təşkili məqsədilə aidiyyəti qurumlar qarşısından məsələ qaldırıb.

2021-ci ilin birinci yarım illiyində rəsmi və işçi qaydasında 22 məişət zorakılığından zərərçəkmiş şəxslə bağlı müraciətlərə baxılıb.

27
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Əcnəbi jurnalist blogerlər Ağdama səfər ediblər

0
(Yenilənib 18:55 23.09.2021)
Bloger: Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Sputnik Azərbaycan-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar.

Daha sonra onlar Ağdam Çörək Muzeyinin, Ağdam Dram Teatrının qalıqlarına baxıb, işğal dönəmində ermənilərin heyvan saxladığı Ağdam Cümə məscidində olublar.

“Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm”.
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
1 / 3
© Sputnik / Emin Babayev
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Bu sözləri jurnalistlərə açıqlamasında gürcüstanlı bloger Nina Berdzenava deyib. O, Ağdamı gəlib bu vəziyyətdə görəcəyini təsəvvür etmədiyini bildirib.

"Ağdamda Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtsalar da, kökləri qalıb. Mən əminəm ki, Azərbaycan digər rayonlarda olduğu kimi buradakı abidələri də bərpa edəcək".
© Sputnik / Emin Babayev
Nina Berdzenava

“Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”. 

Bu sözləri Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili Ağdam səfərinin təəssüratlarını bölüşərkən deyib. O bildirib ki, Ağdama səfəri onu sarsıldıb.

"Biz üç gündür Azərbaycandayıq. Bu günlər ərzində Bakıda, Gəncədə olduq. İndi isə Ağdama gəlmişik. Burda kəndlər, tarixi abidələr xarabalığa çevrilib. Əminəm ki, ən tez zamanda burda hər şey yenidən qurulacaq. Azərbaycan xalqı buna tam gücüylə dəstək verəcək. Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”.
© Sputnik / Emin Babayev
Zurab Batiaşvili

Qeyd edək ki, Ağdama səfər edən Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.

Həmçinin oxuyun:

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

0
Teqlər:
Gürcüstan

Rusiyalı adamları Azərbaycana investisiyanı artırmaq niyyətindədir

3
Azərbaycan və Rusiya uzunmüddətli ortaqlıqlar qurmaq niyyətindədir. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Sputnik Azərbaycan-da keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanlı istehsalçılar da öz növbəsində Rusiyaya meyvə-tərəvəz, kimyəvi və qida məhsulları ixrac edirlər.

Yeri gəlmişkən, Azərbaycan plastmasının və ondan hazırlanan məhsulların qonşu ölkəyə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə bu il 3,6 dəfə artıb.

Ümumiyyətlə, bu ilin 7 ayında ölkələr arasında ticarət dövriyyəsi 8,2% artaraq əvvəlki iki ilin göstəricilərini üstələyib.

Bundan əlavə, Rusiya şirkətləri Azərbaycanın iğşaldan azad edilmiş bölgələrinin sosial-iqtisadi potensialının bərpasında iştirak etmək niyyətindədir. Bu istiqamətdə maşınqayırma, enerji avadanlığı, tikinti materialları sahələri xüsusi maraq kəsb edir.

Digər vacib əməkdaşlıq sahəsi əczaçılıqdır.

 

3
Teqlər:
Rusiya, iş adamları