Rəssam

Azərbaycanlı rəssam beynəlxalq müsabiqənin qalibi olub

700
(Yenilənib 12:34 14.09.2021)
Müsabiqədə Belarus, Rusiya, Moldova, Azərbaycan, Özbəkistan və Misirdən olan onlarla rəssamın rəsm əsərləri nümayiş etdirilib.

BAKI, 14 sentyabr — Sputnik. Belarusun Mogilyov vilayətində Pavel Maslenikov adına Regional İncəsənət Muzeyində "Vətənin İncəsənətdə Təsviri" adlı 25-ci beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqədə Belarus, Rusiya, Moldova, Azərbaycan, Özbəkistan və Misirdən olan onlarla rəssamın rəsm əsərləri nümayiş etdirilib. Müsabiqə üç nominasiyada keçirilib. "Təsvirin poetik təcəssümü" nominasiyasında – Azərbaycanı təmsil edən Kamal Hacıyevin "Fəth edilməmiş" əsəri qalib seçilib.

Qeyd edək ki, Kamal Hacıyev 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1981-1983-ci illərdə Repin Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasının Rəssamlıq fakültəsində təhsil alıb.

1984-1990-cı illərdə Belarus Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. 1991-ci ildə Belarus Rəssamlar İttifaqına qəbul edilib. Belarus Dövlət Rəssamlıq Akademiyasında, Maksim Tank adına Belarus Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.

700
Tütün məmulatlarının istehsalı zavodu, arxiv şəkli

Niyə siqaret çəkənlər koronavirusa daha az yoluxur

0
Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

 

BAKI, 21 sentyabr — Sputnik. Yaponiyanın Xirosima Universiteti və Kansay Tibb Universitetinin alimləri siqaret çəkən insanların hansı səbəbdən koronavirusa daha az yoluxduğunu araşdırıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, araşdırmanın nəticəsi "Scientific Reports" jurnalında dərc olunub.

Alimlərin müşahidələri göstərir ki, siqaret çəkənlər arasında SARS-CoV-2 virusuna yoluxanların sayı bu zərərli vərdişdən uzaq olanlara nisbətən xeyli aşağıdır. Bununla belə, siqaret çəkməyin sözügedən xəstəliyin gedişatını çətinləşdirdiyi artıq öz təsdiqini tapıb. Yapon alimləri bu fenomeni araşdırmaq qərarına gəliblər.

Nəticədə aydın olub ki, tütünün tərkibindəki bəzi maddələr virusun "fəaliyyətinə" mane olur. Məsələ burasındadır ki, tütünün tərkibində zəhərli və kanserogen xarakter daşıyan politsiklik aromatik karbohidrogenlər (PAH) var və onlar SARS-CoV-2 virusu ilə insan hüceyrələri arasında bir növ "qapı" rolunu oynayır, yəni ACE-2 reseptorlarının əmələ gəlməsinə maneə törədir. Bu reseptorlar olmadan isə virus insan hüceyrələri ilə "birləşə" bilməz. Buna görə də siqaret çəkənlərin koronavirusa yoluxma ehtimalı aşağıdır.

Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı da yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

Həmçinin oxuyun:

COVID-19-a yoluxub sağalanlarda immunitet vaksin olunanlardan dəfələrlə güclüdür

0
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

3
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3