Azərbaycan stendi

Azərbaycan məhsulları ilk dəfə "Heimtextil Russia 2021" sərgisində

22
(Yenilənib 11:21 14.09.2021)
Moskvada keçirilən sərgidə Azərbaycan şirkətləri "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunacaq.

BAKI, 14 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sentyabrın 14-də Rusiyanın Moskva şəhərində ev tekstili, interyer parçaları və dekor materiallarının nümayiş olunduğu "Heimtextil Russia 2021" sərgisi öz işinə başlayır.

Sputnik Azərbaycan-ın AZPROMO-ya istinadən verdiyi məlumata görə, sərgidə dünyanın hər yerindən tekstil sahəsində fəaliyyət göstərən şirkətlər öz məhsullarını təqdim etmək, həmçinin təcrübə mübadiləsi və yeni əməkdaşlığın qurulması imkanı əldə edəcəklər.

Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı kimi məhsulların istehsalında fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunacaq.

Eyni zamanda, Azərbaycanın qədim sənət nümunəsi olan, incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları da xüsusi milli stenddə nümayiş olunacaq.

Sərgi sentyabrın 16-dək davam edəcək.

Qeyd edək ki, bundan başqa, 21-24 sentyabr tarixlərində keçiriləcək “WorldFood 2021” sərgisində xarici ölkələrdən və Rusiyanın 40-dan çox regionundan aparıcı qida məhsulları istehsalçıları və təchizatçıları geniş çeşiddə qida məhsullarını təqdim edəcək. Sərgidə qida və içki sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendli məhsullarını nümayiş etdirəcəklər. 

Ölkəmiz bu il artıq 5-ci dəfə “WorldFood 2021” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.

Həmçinin oxuyun:

Azərbaycanda bahalaşan məhsullar açıqlandı - təfərrüatlar

Tarladan, yaxud da istehsaldan sərhədə - Qeyri-neft məhsullarının ixracatı artırılacaq

22
Erməni hərbçiləri, arxiv şəkli

Hindistan Kəşmirdə ermənilərin Qarabağda etdiyini təkrarlayır - Pakistan səfiri

9
(Yenilənib 15:21 16.09.2021)
Səfirin sözlərinə görə, Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik tərkibi dəyişməyə cəhd edib. Buna görə də Azərbaycan Pakistanı anlayır və dəstəkləyir.

BAKI, 16 sentyabr — Sputnik. Hindistan Kəşmir vilayətində sistematik şəkildə insan haqqlarını pozur. Beynəlxalq Birlik narahatlığını dilə gətirməli və Hindistanı bu sahədə addım atmağa çağırmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Kəşmirdə son vəziyyəti dəyərləndirərkən bildirib.

"Hindistan BMT nümayəndələri, müstəqil jurnalistlər, humanitar təşkilatlar, xarici ölkələrdən olan müşahidəçilərin işğal altında olan Cəmmu və Kəşmirə daxil olmasına icazə vermir, oradakı ağır vəziyyəti dünyanın görməsini istəmir", - deyə səfir qeyd edib.

Bilal Haye xatırladıb ki, sentyabrın 12-i İslamabadda Hindistan tərəfindən qeyri-qanuni işğal olunan Cammu və Kəşmirdə baş verən müharibə cinayətləri haqqında sənəd təqdim olunub:

"131 səhifəlik sənəd üç fəsildən ibarətdir. Sənəddə Hindistanın törətdiyi müharibə cinayətləri, məhkəmədənkənar qətllər, özbaşına həbslər, işgəncələr, pellet silahından yaralanmalar, təcavüzlər, 100.000-dən çox uşağın yetim qalması, axtarış və kordon əməliyyatları, saxta bayraq əməliyyatları, saxta qarşıdurmalar , onları günahlandırmaq və müqavimət hərəkatına zərər vermək üçün günahsız sakinlərə qarşı silah istifadə olunması haqqında ətraflı məlumat yer alıb".

Səfirin sözlərin görə, Hindistan regionda demoqrafik vəziyyəti dəyişmək üçün ölkənin digər hissələrindən Cəmmu və Kəşmirə insanları köçürdür:

"2020-ci ildən bəri 4.2 milyon insan bu bölgəyə köçürülüb. Bununla da Hindistan regionda müsəlmanların sayını azaltmağa, Kəşmirin demoqrafik tərkibini dəyişməyə çalışır. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycan da bu məsələ ilə üzləşib. Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik tərkibi dəyişməyə cəhd edib. Buna görə də Azərbaycan Pakistanı anlayır, dəstəkləyir".

Bilal Haye, həmçinin qeyd edib ki, Hindistanda İŞİD-in 5 təlim düşərgəsinin olmasına dair sübutlar var: "Hindistan bu terror təşkilatını maliyyələşdirir, onların təlim keçməsi üçün şərait yaradır".

9
Kimsəsiz insanlar, arxiv şəkli

Səyavuş Aslanın küçədə gecələyən oğlu sosial müəssisəyə yerləşdiriləcək

6
(Yenilənib 15:20 16.09.2021)
"Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün əməkdaşlarımıza təlimat verilib""Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün əməkdaşlarımıza təlimat verilib"

BAKI, 16 sentyabr — Sputnik. Sosial Xidmətlər Agentliyi küçədə gecələyən xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı açıqlama verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Agentliyin mətbuat katibi Murad Haşımov bildirib ki, bu barədə sosial şəbəkədəki paylaşımlara əsasən dərhal məsələ nəzarətə götürülüb:

"Sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat paylaşılır. Onun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir. Məlumat vermək istəyirəm ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib".

Haşımov bildirib ki, onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün Agentliyin əməkdaşlarına təlimat verilib.

"Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq. Məlumat verən hər kəsə təşəkkür edirik!", - deyə Sosial Xidmətlər Agentliyinin rəsmisi bildirib. 

 

6