Yunanıstanda LGBT paradı, arxiv şəkli

Axır ki, dillənən tapıldı - Yunanıstan ictimaiyyəti LGBT-nin təbliğinə qarşıdır

43
(Yenilənib 11:22 13.09.2021)
“Proto tema” məcmuəsinin məlumatına görə, ölkənin 160-dan çox ictimai xadimi müxtəlif ictimai institutlarda böhran və təhsil dəyərləri ilə bağlı müvafiq məktub imzalayıblar.

BAKI, 12 sentyabr — Sputnik. Yunanıstanın məşhur ictimai xadimləri cəmiyyətə qeyri-ənənəvi seksual oriyentasiyanın təlqin edilməsinin dayandırılmasına çağırıblar. Sputin Azərbaycan RİA Novosti-yə istinadn xəbər verir ki, ölkənin bir qrup alimləri, sahibkarları, universitet professorları, keçmiş hərbi məmurları, diplomatları, mədəniyyət xadimləri getero və homoseksuallar arasında “Milli bərabərlik strategiyasına” qarşı çıxaraq məktəblərdə cinsi tərbiyə məsələləri ilə bağlı narahatlıq ifadə ediblər.

Yunanıstanın “Proto tema” məcmuəsinin məlumatına görə, ölkənin 160-dan çox ictimai xadimi müxtəlif ictimai institutlarda böhran və təhsil dəyərləri ilə bağlı müvafiq məktub imzalayıblar.

Qeyd edək ki, cari ilin iyun ayında ölkənin LGBT bərabərliyinə dair Milli sttrategiyası üzrə komissiya baş nazir Kiriakos Mitsotakisə LGBT-yə qarşı ayrıseçkiliyə qarşı mübarizəyə dair yol xəritəsi təqdim ediblər.

Həmin vaxt baş nazirin mətbuat xidməti bildirib ki, yol xəritəsində ayrıseçkiliklə mübarizə və bərabərliyin möhkəmləndirilməsinin rəhbər prinsipləri əksini taıb. Həmin prinsiplər isə Avropa Birliyi tərəfindən qəbul olunmuş strategiyaya və qabaqcıl xarici təcrübəyə əsaslanıb. Mitsotakis həmin planı “modernizasiya yolunda cəsarətli addım” adlandırıb.

“Ölkəmiz kəskin demoqrafik problemlərlə üzləşir və ilk növbədə yunan ailələrinin möhkəmləndirilməsi, doğumun artırılmasına diqqət yetirilmlidir. Lakin bunun əvəzinə biz mübahisəli və təhqiramiz kegitimlik naminə müxtəlif qanunvericilik təşəbbüslərinin açıqlanması və onların yeridilmsinin şahidi oluruq. Bu təşəbbüslər ictimai abu-havaya, yunan mədəniyyətinin uzun müddət qorunub saxlanması və gələcəyini təmin etmiş milli mənəviyyata və ənənələrə ziddir”, - deyə məktubda deyilir.

Müraciətin müəllifləri bildirirlər ki, “cəmiyyət tərəfindən homoseksual seçimlərin qəbul edilmsi fərdin “iradə azadlığına” bağlı olan məsələdir, əsla siyasət və ya təhsil məsələsi deyil”.

Onlar “bu cür syasətin həyata keçirilməsinin ailə və cəmiyyət üçün hansı nəticələrə gətirə biləcəyini soruşurlar”.

“Nə qəqiq müəyyən olunmuş ümumavropa dəyərləri (azadlıq, demokratiya, qanunun aliliyi, dözümlülük və s.), nə də dəqiq ifadə olunmuş insan haqları ilə heç bir əlaqəsi olmayan qondarma “ümumi Avropa dəyərlərinin” təlqin edilməsi əslində sui-istifadədir, dözümlülük prinsipinin pozulması və əslində azsaylı və AB üzvü olan ölkələrdə sosial çoxluq üçün yad və qəbuledilməz olan standartların, qayda və təcrübənin qəbul etdirilməsi cəhdidir”, - deyə məktubda vurğulanır.

Müracitin müllifləri bildirilər ki, Yunanıstan təhsil sistemində məktəbəqədər və ibtidai təhsilə cinsi tərbiyə fənninin daxil edilməsi daha böyük narahatlıq doğurur.

Onlar “yunan xalqının əksəriyyətinin hisslərinə zidd olan, ailəni bir sosial institut kimi məhv edən, yunan xalqının mənəviyyatına və ənənlərinə zərbə vuran təhqiramiz siyasət və qanunvericiliyin “ümumavropa dəyərləri” ilə əsaslandırılmasını” yolverilməz sayırlar.

“Biz cəmiyyətimizi təhlükəli şəkildə parçalayan təxribatçı qaydaların ləğvinə çağırırıq”, - deyə müəlliflər fikrini tamamlayır.

Həmçinin oxuyun:

Tbilisi yenə çalxalanır: bu dəfə LGBT təbliğatçılarına qarşı

43
Teqlər:
LGBT
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

7
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

7
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

6
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

6