Təcili tibbi yardım avtomobili, arxiv şəkli

BAXCP-nin iki funksioner vəfat edib

139
(Yenilənib 14:39 11.09.2021)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Yeganə Mehdibəyli və Qəbələ rayon təşkilatının sədri İntiqam Dadaşov koronavirus səbəbindən dünyasını dəyişib.

BAKI, 11 sentyabr - Sputnik. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) iki funksioneri koronovirus pandemiyası səbəbindən həyatını itirib.

Partiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli bu gün xəstəxanada vəfat edib.

Mehdibəyli bir müddət əvvəl koronavirusa yoluxubmuş. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Bundan əlavə, partiyanın Qəbələ rayon təşkilatının sədri İntiqam Dadaşov da koronavirus səbəbindən dünyasını dəyişib.

 

139
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

3
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

3
Teqlər:
Belarus, ixrac, idxal

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərinin gedişini müşahidə ediblər

5
Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

BAKI, 19 sentyabr - Sputnik. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Rusiya Dövlət Dumasına sentyabrın 17-19-da keçirilən seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında və Moskva vilayətində seçki prosesinin gedişini izləyiblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov APA-nın Moskva müxbirinə üç gün ərzində apardıqları müşahidələr haqqında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı. Qeyd edim ki, rəqəmsal videonəzarət sistemi həm Moskva vilayətində, həm də Moskva şəhərində fəaliyyət göstərirdi. Bundan başqa, bir sıra seçki məntəqələrində müşahidələr aparmışıq və missiyamız müşahidələrinin nəticələrini yaxın vaxtlarda təqdim edəcək”.

Azərbaycan millət vəkili Rusiya qanunvericiliyinə tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəyin yalnız səsvermə bitəndən sonra təqdim edilə bilinəcəyini bildirib: “Müşahidə missiyamıza həm MDB İcraiyyə Komitəsi, həm MDB Parlamentlərarası Assambleyasının təmsilçiləri daxil idi. İlkin olaraq, müşahidələrimiz əsasında qeyd edə bilərik ki, Rusiyada seçkilər qanuna müvafiq qaydada keçirilib və onları baş tutmuş hesab etmək olar”.

Həmçinin oxuyun:

Rusiyada parlament seçkilərinin səsverməsi başa çatıb

5
Teqlər:
Rusiya, seçki, seçkilər