Polis əmkdaşları, arxiv şəkli

Kəlbəcərə getmək istəyən vətəndaşlarımız saxlanıldı

24
(Yenilənib 14:39 11.09.2021)
DİN işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə icazəsiz və nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxsləri saxlayıb.

BAKI, 11 sentyabr - Sputnik. Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumaat görə, sentyabrın 9-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən Natiq Hümbətov, Marif, Aftandil və Anar İsmayılovları saxlayıb.

Onlarla polis şöbəsində profilaktiki söhbətlər aparılıb. Mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

24

Anar Kərimov: kinoteatrlar müəyyən şərtlərlə açılacaq

3
Pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir.

 

BAKI, 25 sentyabr — Sputnik. Operativ qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın 1-dən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək. Amma burada müəyyən şərtlər var. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir.

“Mədəniyyət Nazirliyi fəaliyyət başladıqdan sonra ciddi nəzarət edəcək ki, bu qaydalara riayət olunsun, nəticə etibarilə insanların virusa yoluxmasına səbəb yaranmasın”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin dünən açıqladığı qərarına əsasən bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Onların arasında teatr, kinoteatr və konsert zalları da var.

Həmçinin oxuyun:

Teatr və kinoteatrların fəaliyyəti bərpa edilir - Operativ Qərargah qərar verdi

Azərbaycanda COVID-19 pasportu olmadan bu sahələrdə hərəkət edə bilməyəcəksiz

3
Teqlər:
kinoteatr
Neftlə dolu çəllək, arxiv şəkli

Azərbaycan neftinin qiyməti rekordu təzələdi

4
(Yenilənib 14:40 25.09.2021)
Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il sentyabrın 23-də (78,50) qeydə alınıb.

BAKI, 25 sentyabr — Sputnik. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 79,08 dollar təşkil edib.

Dünya birjalarında neft qiymətləri bahalaşır

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,84 dollar artaraq 78,09 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,68 dollar bahalaşaraq 73,98 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il sentyabrın 23-də (78,50) qeydə alınıb.

Neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmanın tətbiqi və qlobal miqyasda vaksinasiya prosesi olub.

Həmçinin oxuyun:

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

4
Teqlər:
Neft