Məktəblilərin tətil günlərinə dəyişiklik edildi

© AFP 2023 / PASCAL GUYOTШкольники, фото из архива
Школьники, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Qərar tədris ilinin başlanması müddətlərində edilən dəyişikliklər nəzərə alaraq imzalanıb. Məqsəd təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etməkdir.
BAKI, 11 sentyabr - Sputnik. Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib.
Həmçinin ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.
Qərar tədris ilinin başlanması müddətlərində edilən dəyişikliklər nəzərə alaraq imzalanıb. Məqsəd təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etməkdir.
Qeyd edək ki, Azərbaycanda uzunmüddətli fasilədən sonra 2021-2022-ci dərs ilində 22 sentyabr 1-4-cü siniflər, 29-sentyabr tarixindən 5-11-ci sinif şagirdləri əyani şəkildə məktəbə gedəcəklər.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, sentyabrın 29-dan ali və orta ixtisas müəssisələri də əyani təhsilə başlayacaq. Dərslər əyani formada, həftədə 5 dəfə, bəzi məktəblərdə 6 dəfə keçiriləcək.
Nazir həmçinin qeyd edib ki, dərslərin 1-2 həftə gec başlaması nəzərə alınacaq və tətillər hesabına kompensasiya ediləcək.  
Həmçinin oxuyun:  
* Təhsil naziri tədris planını təsdiqlədi
* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı
* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq
Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı
Şagirdlərin məktəbə hansı forma geyinəcəyinə nazir aydınlıq gətirdi
Xəbər lenti
0