Sabah Bakıda "Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi başlayır

© AR Ministry of DefenceАзербайджано-турецкие учения «Мустафа Кемаль Ататюрк – 2021»,
Азербайджано-турецкие учения «Мустафа Кемаль Ататюрк – 2021», - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Birgə təlimin əsas məqsədi sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.
BAKI, 11 sentyabr — Sputnik. Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.
"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.
Qeyd edək ki, ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminə hazırlıq işləri, təlimin keçiriləcəyi ərazi ilə tanış olmuş, təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər vermişdi.
Həmçinin oxuyun:
* Azərbaycan və Türkiyənin döyüş təyyarələri əməliyyat uçuşları ediblər
Naxçıvanda hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində təlimlər keçirilib
* Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uçuşları keçirib
Xəbər lenti
0