Şimal axını - 2 nişanı, arxiv şəkli

"Şimal axını-2"nin inşası başa çatıb

14
(Yenilənib 17:13 10.09.2021)
Magistral Rusiyadan Almaniyaya Baltik dənizinin dibi boyunca çəkilib. İki qaz kəmərinin gücü ildə 55 milyard kubmetr təşkil edib. Quraşdırma üç il çəkib.

BAKI, 10 sentyabr — Sputnik. "Qazprom" Açıq Səhmdar Cəmiyyətində (ASC) keçirilən operativ iclasda idarə heyətinin sədri Aleksey Miller bildirib ki, bu gün Moskva vaxtilə səhər saat 08:45-də "Şimal axını-2" qaz kəmərinin inşası təmamilə başa çatıb. Rusiya KİV-lərin xəbər verir ki, bu barədə şirkətin Telegeram kanalında deyilib. Layihənin cari ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

"Şimal axını-2"

Magistral Rusiyadan Almaniyaya Baltik dənizinin dibi boyunca çəkilib. Qaz kəmərinin gücü ildə 55 milyard kubmetr təşkil edəcək. Quraşdırma üç il çəkib. Tranzit gəlirlərini itirməkdən qorxan Ukrayna, həmçinin öz maye təbii qazını (LNG) Avropaya tanıtmaqda maraqlı olan ABŞ bu layihəyə fəal şəkildə qarşı çıxıb.

Vaşinqton bir neçə dəfə tikintidə iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib, nəticədə inşaat işləri təxminən bir il ləngiyib.

Eyni zamanda Almaniya və Avstriya layihəyə fəal dəstək olublar.

hazırda 23 May 2019-cu il tarixində qüvvəyə minmiş AB-nin yenilənmiş Qaz direktivi ilə bağlı mübahisə həll olunmamış qalır. Onun normativlərinə görə müəyyən tarixdən sonra çəkilən boru ya qismən alternativ bir tədarükçü tərəfindən doldurulmalıdır, ya da AB ərazisindəki sahə kənar şirkətə məxsus olamalıdır.

Almaniya tərəfindən çıxış edən tənzimləyici şirkət və məhkəmə "Şimal axını-2"nin sənədin təsiri altından çıxarılmaması barədə qərar qəbul edib.

Bu isə Rusiyanı qane etmir. Moskvaya hesab edir ki, texniki arqumentlərə deyil, iqtisadi arqumentlərə əsaslanmaq lazımdır: direktivin yeniləndiyi vaxta qədər əvvəlki hüquqi vəziyyət nəzərə alınmaqla layihəyə milyardlarla sərmayə qoyulub.

14
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

2
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

2
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

3
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

3