CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On altı baş qoyun oğurlayan şəxs saxlanılıb

© Sputnik / Ilham MustafayevCeyrançöl düzündə yaşayan çobanlar
Ceyrançöl düzündə yaşayan çobanlar - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.
BAKI, 10 sentyabr — Sputnik. Salyanda fermadan 16 baş qoyun oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Noxudlu kəndi ərazisində yerləşən fermaların birindən 16 baş qoyunun oğurlanması barədə məlumat daxil olub.
Salyan və Ağcəbədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Eldəniz Musayev yaşadığı rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunub.
Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.
Faktla əlaqədar E.Musayev barəsində Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə bənzər hadisə Salyanda da baş vermişdi. Belə ki, 143 baş qoyun oğurlamaqda şübhəli bilinən Dilqəm Mirzəliyev saxlanılmışdı.
Xəbər lenti
0