Xəstəxana, arxiv şəkli

On bir rayon mərkəzi xəstəxanası ilə diaqnostika mərkəzləri birləşdiriləcək - SİYAHI

15
(Yenilənib 16:53 10.09.2021)
Üçüncü səviyyəyə isə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlər aiddir ki, onların bəzilərinin fəaliyyətinin optimallaşdırılması məqsədilə müəyyən struktur dəyişikliklərinin aparılması nəzərdə tutulub.

BAKI, 10 sentyabr — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ildə səhiyyə sistemində aparılan islahatlar çərçivəsində növbəti addım müalicə-diaqnostika mərkəzlərinin rayon/şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi ilə bağlıdır. Tibb müəssisələrinin strukturu ilə bağlı həyata keçirilən bu yeniliyin məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, eyni zamanda bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq.

Birləşdirilməsi nəzərdə tutulan tibbi müəssisələrinin siyahısını təqdim edirik:

1. Lənkəran Rayon Mərkəzi Xəstəxanası və Lənkəran Müalicə-Diaqnostika Mərkəzi

2. Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan Müalicə Diaqnostika Mərkəzi

3. Qəbələ Rayon Mərkəzi Xəstəxanası və Qəbələ Müalicə-Diaqnostika Mərkəzi

4. Füzuli Rayon Mərkəzi Xəstəxanası və Füzuli Müalicə-Diaqnostika Mərkəzi

5. Quba Rayon Mərkəzi Xəstəxanası və Quba Müalicə-Diaqnostika Mərkəzi

6. Qazax Rayon Mərkəzi Xəstəxanası və Qazax Müalicə-Diaqnostika Mərkəzi

7. Bərdə Rayon Mərkəzi Xəstəxanası və Bərdə Müalicə-Diaqnostika Mərkəzi

8. Cəlilabad Rayon Mərkəzi Xəstəxanası və Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi

9. Zaqatala Rayon Mərkəzi Xəstəxanası və Zaqatala Müalicə-Diaqnostika Mərkəzi

10. Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Şamaxı Müalicə-Diaqnostika Mərkəzi

11. Tovuz Rayon Mərkəzi Xəstəxanası və Tovuz Hemodializ və Diaqnostika Mərkəzi

Sorğuya cavab olaraq bildirilib ki, hazırda Bakı şəhəri üzrə tibb müəssisələri 3 səviyyə üzrə qruplaşdırılıb: "Birinci səviyyə olan ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması nəzərdə tutulub. Belə ki, bu günə qədər poliklinikada birgə göstərilən ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış poliklinik xidmətin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulub. Ailə Sağlamlıq Mərkəzlərində yalnız ilkin səhiyyə xidməti çərçivəsində tibbi xidmətlər göstəriləcək. Hazırda bu islahat Nərimanov rayonundakı tibb müəssisələrində həyata keçirilir".

"İkinci səviyyəyə aid olan tibb müəssisələrində isə əhaliyə ambulator-stasionar tibbi xidmətlər göstərilir. Aparılan struktur dəyişikliyinə əsasən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir", - deyə məlumatda qeyd olunub.

Üçüncü səviyyəyə isə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlər aiddir ki, onların bəzilərinin fəaliyyətinin optimallaşdırılması məqsədilə müəyyən struktur dəyişikliklərinin aparılması nəzərdə tutulub.

15
Teqlər:
xəstəxana
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

8
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

8
Teqlər:
İES, SES

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

6
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

6
Teqlər:
Ceyhun Bayramov, BQXK