Auditoriyada tələbələr, arxiv şəkli

Xaricdə təhsil üçün növbəti sənəd qəbulunun vaxtı açıqlanıb

21
2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.

BAKI, 10 sentyabr — Sputnik. Xaricdə doktorantura təhsili üçün növbəti sənəd qəbulunun 2022-ci ilin yaz semestri üzrə həyata keçirilməsi planlaşdırılır. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.

Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

Müraciət üçün tələb olunan sənədlərin siyahısı aşağıdakı kimidir:

- Dünyanın top 500 universitetindən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;

- Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;

- Tədqiqat işi (Azərbaycan dilində və 2000 sözdən az olmayaraq);

- Diplom(lar) və əlavəsi(ləri);

- Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;

- Tövsiyə məktubları (2 ədəd);

- Sağlamlıq haqqında arayış (AZS – 086/1);

- Elmi məqalələrin surəti (mövcud olduğu halda);

- CV

Həmçinin oxuyun:

Ümumi orta təhsil əsasında orta-ixtisas təhsili müəssisələrinə qəbul olunanların nəzərinə

21
Teqlər:
qəbul
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Tərtərdə vəziyyət

Müharibə buradan başlandı - Mülki şəhid verən qəhrəman şəhər

2
(Yenilənib 20:16 27.09.2021)
Vətən müharibəsi haqda ilk xəbərlərdə məhz bu yaşayış məntəqəsinin adı çəkilir - Tərtər. Düşmənin ilk hücumunu qəbul edən rayona savaş dövründə Ermənistan ordusu 16 mindən çox top, tank, "Qrad" mərmisi, həmçinin 21 ədəd qadağan olunmuş raket atdı.

BAKI, 27 sentyabr — Sputnik. Erməni terroru nəticəsində 16 nəfər mülki şəxsin həlak olduğu, 63 nəfərin yaralandığı Tərtərin sakinləri bir gün də olsun, öz evlərini tərk etmədilər. Buna səbəb isə ön xətdə düşmənə cavab verən Azərbaycan Ordusu idi.

"Tərtərin mülki əhalisi elə ilk gündən hədəfə alınmışdı. Buna baxmayaraq, vətəndaşlar Ordumuza, Ali Baş Komandanımıza arxayın idilər. Bu səbəbdən də bir nəfər də olsun evini tərk etmədi", - Şıxarx qəsəbə sakini Xəlil Nəsirov Sputnik Azərbaycan-a müsahibəsində deyir.

"27-si səhər tezdən başladılar atmağa. Bütün camaat girdi sığınacaqlara. Göydən od kimi tökdülər. Elə bildilər ki, camaat qaçacaq. Hara qaçır camaat? Elələri vardı, heç yerindən tərpənmədi. İki mülki vətəndaşımız həmin gün şəhid oldu", - X.Nəsirov bildirib.

© Sputnik / Emin Alisahib
Xəlil Nəsirov

Eyniadlı qəsəbənin sakini Çingiz Teymurov danışır ki, binaların hamısında ermənilərin atdığı mərmilərin izi vardı: “Gördüyünüz bu binaların hamısına mərmi düşmüşdü. Elə bina yox idi ki, oraya üçü-dördü düşməsin". 

“Demək olar ki, sağ yer, salamat ünvan qalmamışdı. Dayandığımız hər yeri atəşə tuturdular. Mən 25-ci binanın birinci mərtəbəsində oluram. Elə üç mərmi bizim evin yaxınlığına düşmüşdü. Qonşu bloka girib, içəridə partlamışdı. Şəhid olanımız da oldu burada, yaralananımız da", - hadisə şahidi İlqar İbarahimov ötən ilin hadisəsini xatırlayır.

Yerli əhali deyir ki, ermənilər yaşayış məntəqələrini ona görə vururdular ki, camaatı təşvişə salsınlar, müharibəni dayandırsınlar.

"Amma əksinə, heç kim qorxmurdu. Bəli, düşmən yanılmışdı. Anlamırdı ki, üstünə yağış kimi yağan güllələrə rəğmən, camaat Ali Baş Komandanına, qüdrətli ordusuna arxayındır", - İlqar İbrahimov deyir.

© Sputnik / Emin Alisahib
İlqar İbrahimov

“Şükür olsun Allahın böyüklüyünə ki, bizim qüdrətli ordumuz, dövlətimiz, dövlətin başçısı var. Çox sağ olsunlar! Böyük şücaət göstərdilər. Otuz ildir məcburi köçkün həyatı yaşayırdıq. Mən özüm Ağdam rayonundanam. Elə Tərtər rayonunda köçkünlük həyatı çəkmişik. Otuz ildir çıxdığım doğma kəndim buradan görünür. İllər boyu səhər-axşam gözümü oradan çəkə bilmirdim. İndi, şükür, azad edilib. Allah cəmi şəhidlərə rəhmət eləsin! Qəbirləri nurla dolsun. Çox zəhmət çəkdilər. Hər bir şəhid, hər bir qazi Azərbaycan xalqı üçün əzizdir. Çünki onlar bu insanların doğma yurd-yuvasının azadlığı uğrunda canlarından keçiblər", - Çingiz Teymurov bildirir.

Xəlil Nəsirov qeyd edir ki, müharibə vaxtı evləri dağılsa da, indi hamısı bərpa edilib: "Allah ordumuza kömək olsun! Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə də cansağlığı versin! Onların sayəsində torpaqlarımız azad olundu. İndi sakit yaşayırıq. Allah prezidentimizə də ömür versin. Müharibə vaxtı dağılan evlərimiz yenidən bərpa olundu. Şükür Allaha, indi arxayın yaşayırıq”.

Bu gün hamı razıdır, hamı rahatdır. Düşmənin atdığı güllələrə sinəsini sipər edən mülki əhalinin bir arzusu qalır. O da didərgin salındığı torpağına geri dönməkdir.

"Dinclik, sakitlikdir. Hamı xoşbəxt, firavan həyat sürür. Amma bir arzumuz var: bu müsahibələri öz torpağımıza gedib orada vermək. Gözümüz yoldadır. Bizi nə vaxt köçürərlər, görəsən?.." - İlqar İbrahimov deyir.

İlqar İbrahimov kimi bu gün bütün qarabağlıların gözü yoldadır. Otuz il əvvəl məcburi çıxarılaraq, köçkün salındıqları ünvanlara, ata-baba yurdlarına qayıdacaqları günü gözləyirlər.

2
Əfqanıstan Prezidenti Əşrəf Qani, arxiv şəkli

Əşrəf Qəni Taliban hakimiyyətini tanımağa çağırıb?

2
(Yenilənib 20:07 27.09.2021)
Daha əvvəl eks-prezidentin rəsmi "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer alıb.

BAKI, 27 sentyabr — Sputnik. Əfqanıstanın keçmiş prezidenti Muhammed Əşrəf Qəninin "Facebook" hesabı sındırılıb. Bundan bir neçə dəqiqə əvvəl isə həmin hesabdan Taliban* hakimiyyətinin tanınmasına çağırış edilib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

"Muhammed Əşrəf Qəninin "Facebook"-dakı rəsmi səhifəsi sındırılıb", – deyə Qəni öz "Twitter" hesabında yazıb.

Bundan əvvəl Əşrəf Qəninin "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer almışdı. Bəyanatda Taliban qruplaşmasına kömək göstərilməsi, onun hakimiyyətinin tanınması və Əfqanıstanın aktivlərinin yenidən açılmasına çağırış öz əksini tapıb.

Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı

 

2