Azərbaycanın kino aktyoru Vəliəhd Vəliyev, arxiv şəkli

Onlarla filmə çəkilən, ABŞ-da dəfn olunan aktyorumuzun anım günüdür

25
Əsasən epizodik rolların ifaçısı olan aktyor "Qorxma, mən səninləyəm", "Nəğməkar torpaq", "Ölsəm... bağışla", "Özgə ömür", "Pəncərə", "Pərdə arxasında", "Sübut", "Şahid qız", "Qara volqa" və s. kimi 30-dan artıq filmdə rol alıb.

BAKI, 10 sentyabr — Sputnik. Bu gün Azərbaycanın kino aktyoru Vəliəhd Vəliyevin anım günüdür. Sputnik Azərbaycan xəbər verir ki, aktyor 1952-ci ildə Daşkəsəndə anadan olub.

1975-1979-cu ildə Moskvada ÜDKİ-nun Aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında filmlərdə çəkilir. Ən yaddaqalanı "Evlənmək İstəyirəm" filmindəki Əhməd bəy obrazıdır. Əsasən epizodik rolların ifaçısı olan aktyor "Qorxma, mən səninləyəm", "Nəğməkar torpaq", "Ölsəm... bağışla", "Özgə ömür", "Pəncərə", "Pərdə arxasında", "Sübut", "Şahid qız", "Qara volqa" və s. kimi 30-dan artıq filmdə rol alıb.

Son 15 il müddətində Amerikanın Nyu-York şəhərində yaşayan Vəliəhd Vəliyev 10 sentyabr 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Mərhum aktyor ABŞ-da dəfn edilib.

Həmçinin oxuyun:

Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb

25
Teqlər:
aktyor
Sərdar Ortaç

"Tərbiyəsizlik etmişəm" - Sərdar Ortac təhqirə görə üzr istədi

0
(Yenilənib 21:52 24.09.2021)
Sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. O, həmin vaxt içkili olduğunu deyib.

BAKI, 24 sentyabr — Sputnik. Türkiyəli müğənni Sərdar Ortaç Adanada verdiyi konserti zamanı "Beşiktaş" futbol klubu haqqında təhqiramiz ifadələr səsləndirib. Daha sonra ifaçının klubu təhqir etdiyi görüntülər sosial şəbəkələrdə yayılaraq insanların qəzəbinə tuş gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. Müğənni bildirib ki, həmin vaxt içkili olub:

"Çox böyük tərbiyəsizlik etdim. Bəzən içkili olanda insan özünü itirir və nə dediyini bilmir. Bunu edəndə bəziləri də mənə dəstək oldu. İndi ediləcək heç nə yoxdur. Söz ağızdan bir dəfə çıxır. Dua edəcəm ki, klubun məşqçisi Sərgən Yalçın məni bağışlasın. Çox üzgünəm. Ümid edirəm məni bağışlayarsınız".

Məlumat üçün bildirək ki, Sərdar Ortaç Türkiyənin ən məşhur müğənnilərindən biridir. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub.

 

0
Qəssab əti mağazaya aparır, arxiv şəkli

İmişli sakini iylənmiş əti daşıyarkən yaxlandı

11
(Yenilənib 21:48 24.09.2021)
Avtomobilin yük yerində baytarlıq ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı İmişli rayonu ərazisində yaşayan vətəndaş İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirib. Bu barədə agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunan ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiqini tapıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə Tərtərdə istehlaka yararsız 176 kq ət aşkarlanaraq məhv edilmişdi.

11