Bakıda təcili yardım avtomobili, arxiv şəkli

Fəridə Məmmədova koronavirusdan həyatını itirdi

20
(Yenilənib 12:14 09.09.2021)
Dövlət Neft və Sənaye Universitetinin dosenti, texnika elmləri namizədi olan Fəridə Məmmədova 65 yaşında pandemiyanın qurbanı olub.

BAKI, 9 sentyabr — Sputnik. Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Neft və Sənaye Universitetinin dosenti vəfat edib. ADNSU-nun dosenti Fəridə Məmmədova koronavirus bəlasının qurbanı olub. Texnika elmləri namizədi olan dosent 1956-cı ildə Bakı şəhərində anadan olmuşdu.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Rəna Əhədova 52 yaşında koronavirusdan vəfat edib. Rəna Əhədova 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-red.) bitirib. Elə həmin ildən 2021-ci ilə qədər AzTU-da voleybol üzrə məşqçi-müəllim vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Neft Akademiyasının Neft-qaz geologiyası kafedrasının dosenti Nəriman Nərimanov da 82 yaşında koronavirusdan dünyasını dəyişib.

20
Playstation 4-ün costiki, arxiv şəkli

"Playstation"da qanun pozuntusu aşkarlandı

2
“Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

 

BAKI, 18 sentyabr — Sputnik. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir müddət öncə Bakıda analoji hadisə baş vermişdi. Belə ki, "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar edildiyi üçün həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

2
Sahibkar Maqsud Mahmudov

Qalmaqallı lombard sahibi Azərbaycana təhvil verildi

6
MTN generalı Akif Çovdarovun məhkəməsində özünü zərərçəkmiş kimi təqdim edən M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb.

BAKI, 18 sentyabr — Sputnik. 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir. 

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. 

Qeyd edək ki, MTN generalı Akif Çovdarovun məhkəməsində özünü zərərçəkmiş kimi təqdim edən M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı yerli mətbuatda xəbərlər də dərc olunmuşdu. O, daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub. Üstəlik, onun 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında üç dəfə müalicəyə qəbul edildiyi, iki dəfə oradan qaçdığı bildirilir.

Bir müddət öncə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna verdiyi sorğular təmin edilib və nəticədə oğurluqda təqsirləndirilən Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilibr.

Eləcə də oxuyun:

6