Bakıda klinikaların birində koronavirus testi

Peyvənd vurduranlarda PCR testi pozitiv çıxır? TƏBİB rəsmisi açıqladı

3400
(Yenilənib 12:29 09.09.2021)
Yaqut Qarayeva deyib ki, hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər.

BAKI, 9 sentyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva koronavirus əleyhinə vaksinin vurulması ilə əlaqədar PCR testinin pozitivləşməsi məsələsinə aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Yaqut Qarayeva bildirib ki, peyvəndin vuulması ilə əlaqədar PCR testinin pozitivləşməsi mümkün deyil. Departament rəhbəri deyib ki, vaksinin vurulması nəticəsində qanda anticisimlər əmələ gəlir: "Hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər. Lakin vaksinin vurulması ilə əlaqədar insanın PCR testinin pozitivləşməsi mümkün deyil".

Onun sözlərinə görə, PCR testlərlə isə sadəcə yaxmada virusun birbaşa genetik materialı təyin edilir: "Anticisimlər genom testinə pozitivlik verə bilməz".

Qeyd edək ki, 1-ci doza peyvənddən sonra yoluxanların artması ilə bağlı məlumatlar dolaşır.

3400
Koronavirus testi, arxiv şəkli

Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir

5
Tədqiqat nəticələrinə görə, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

BAKI, 18 sentyabr - Sputnik. Merilend Universitetinin İctimai Səhiyyə məktəbinin alimləri belə nəticəyə gəliblər ki, koronavirus ona görə mutasiyaya uğrayır ki, hava ilə daha aktiv yayıla bilsin.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Britaniyanın Daily Mail nəşri yazır.

Ekspertlərin məlumatına görə, "alfa" ştammının hissəcikləri hava-damcı yolu ilə COVID-19-un Uhan ştammına nisbətdə 1000 dəfə sürətli yayılır. "Alfa" ştammı Böyük Britaniyada 2021-ci ilin yanvarında dominant olduğu üçün alimlər diqqətlərini onun tədqiqatına yönəldiblər. 

2020-ci ilin mayından 2021-ci ilin aprelinədək aparılan tədqiqatda "alfa" ştammına yoluxmuş 49 nəfər iştirak edib. Könüllülər xüsusi aparat vasitəsilə 30 dəqiqə maskasız, 30 dəqiqə isə maska ilə nəfəs alırdılar.

Nəticədə müəyyən edildi ki, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

Ötürülən hissəciklərin çoxalması hələ "delta" ştammından əvvəl qeydə alınıb. Araşdırmaçılar əmindirlər ki, COVID-19 mutasiyaya uğramasının sayəsində hava ilə daha tez və effektiv yayılmağa başlayıb. Bundan başqa, o da bəlli olub ki, adi tibbi maska virus hissəciklərinin 48%-ni tutub saxlamağa qadirdir.

Eləcə də oxuyun:

5
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, ştamm, mutasiya, hava
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar

4
(Yenilənib 19:54 18.09.2021)
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

BAKI, 18 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

Eləcə də oxuyun:

4
Teqlər:
alkoqol, alkoqollu içki, qiymət, idxal, bahalaşma