Tanınmış meyxanaçı Kərim Novruzov (Ağakərim)

Ağamirzə: "Ağakərimin ölməsi barədə məlumatlar yalandı"

14
(Yenilənib 12:23 09.09.2021)
Meyxanaçı, 2017-ci ildə beyninə qan sızan Ağakərimin ailəsi bu barədə yalan məlumat yayanları məhkəməyə verəcəyini bildirib.

BAKI, 9 sentyabr — Sputnik. Tanınmış meyxanaçı Kərim Novruzovun (Ağakərim) vəfat etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a meyxanaçının sənət yoldaşı Ağamirzə Məmmədov məlumat verib.

"Ağakərimin ölməsi barədə məlumatlar yalandır. Sadəcə o, yataq xəstəsidir, müalicə alır. Niyə belə yalan məlumatlar verirlər? Bununla nə qazanacaqlar? Mən hər gün əlaqə saxlayıram, vəziyyəti eynidir, səhhətində heç bir dəyişiklik, irəliləyiş yoxdur", - deyə meyxanaçı əlavə edib.

Qeyd edək ki, meyxanaçının ailəsi bu barədə yalan məlumat yayanları məhkəməyə verəcəyini bildirib.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

Məlumat üçün bildirək ki, tanınmış meyxanaçı Kərim Novruzov 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb.

14
Əsir, arxiv şəkli

İtkin düşmüş hərbi əsirlərin problemlərinin həlli

2
Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

BAKI, 23 sentyabr — Sputnik. Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlumatına görə, Qarabağ münaqişəsi başlayandan bəri 719-u mülki şəxs olmaqla 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Müraciətdə deyilir ki, indiyə qədər Xocalı şəhərinin 196 sakini, o cümlədən 36 uşaq və 65 qadın (20 qoca) itkin düşüb. Azərbaycan Respublikasının, həmçinin Cenevrə konvensiyalarının, iştirakçısı olduğu beynəlxalq sazişlərin tələblərinə zidd olaraq, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş yeddi Azərbaycan hərbçisinin taleyi haqqında da məlumat vermir. Son bir ildə Rusiyanın vasitəçiliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) köməyi ilə keçmiş münaqişədə olan tərəflər arasında dəfələrlə hərbi əsirlər dəyişdirilib.

Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynalov, həmçinin qeyd olunan məsələlərlə məşğul olan digər ictimai təşkilatların nümayəndələri sentyabrın 30-da saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında bu problemlərin necə həll olunması barədə danışacaq.

Tədbir iştirakçılarına sualları əvvəlcədən e.velizade@sputniknews.com elektron ünvanına göndərmək olar.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

2
Teqlər:
itkin, hərbi, hərbi əsir
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Sorğuda iştirak etmiş xarici şirkətlər: Azərbaycanda əlverişli biznes mühiti formalaşıb

3
(Yenilənib 17:41 23.09.2021)
Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, ölkədə investisiya mühiti və həyat keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.

Nazir ölkədə biznes mühitinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə yeni investisiya imkanları, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər barədə məlumat verib.

Nazir bildirib ki, "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021" hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin sabit olduğuna inanır, 60 faizi ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir.

Nazir qeyd edib ki, şirkətlərin 57 faizi fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətində olduqlarını, 43 faizi məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə yüksək maraq göstərdiklərini bildiriblər.

O qeyd edib ki, son 15 ayda 5 mindən çox KOB (Kiçik və Orta Biznes) 1 milyard manat məbləğində kredit üçün müraciət edib. Kommersiya banklarının əsasında onların bir çoxuna 123 milyon manatlıq kreditlər verilib.

Həmçinin oxuyun:

* Qarabağda ofşor və onşor layihələr icra ediləcək - Mikayıl Cabbarov

 

3