Noutbuk arxasında adam, arxiv şəkli

Azərbaycanda uşaqlar əsasən hansı saytlara daxil olurlar Araşdırma

1956
(Yenilənib 11:05 09.09.2021)
Bəzən uşaqlar şəbəkədə özləri haqqında çox məlumat yerləşdirərək, mobil nömrələrini, məktəb nömrələrini açıq bildirərək, coğrafi işarələmələr edərək və şəkillər yükləyərək təcavüzkarlar üçün aktiv şəkildə boşluqlar açırlar.

BAKI, 9 sentyabr — Sputnik. Kiberbullinq, overşeyrinq, qruminq: “Kaspersky” uşaqları internetdə nədən qorumalı olduğumuzu xatırladır.

Yay fasiləsindən sonra uşaqlar yenidən məktəbə qayıdırlar. Dərs mövsümü başlamazdan öncə “Kaspersky” mütəxəssisləri balaca azərbaycanlıların daha çox hansı saytlarla maraqlandığını, məktəblilərin internetdə hansı təhdidlərlə üzləşə biləcəyini aydınlaşdırıb, həmçinin onları internetdəki təhlükələrdən necə qorumaq barədə tövsiyələr verib.

“Kaspersky”-nin məlumatına görə*, 2021-ci ildə Azərbaycanda uşaqlar müxtəlif proqramlar yükləyə, musiqi dinləyə və film izləyə biləcəkləri saytlara baş çəkirlər (ümumi veb-səhifə ziyarətlərinin 52%-i). Eyni zamanda son bir il ərzində bu tip ziyarətlərin sayında hətta artım müşahidə olunub (2020-ci ildə cəmi 42% idi). Builki veb-sayt ziyarətlərinin təxminən 22%-i sosial şəbəkələr və çatlar kimi müxtəlif onlayn ünsiyyət platformalarının payına düşür.

Bu saytlarda onlayn gəzişmələr də keçən illə müqayisədə 11% artıb. Oyunlar da prioritetdir: bu kateqoriyadan olan saytlar ziyarətlərin sayına görə (bu il və keçən ilin hər birində 12%) ilk üçlüyü tamamlayır. Bundan əlavə, uşaqlar onlayn mağazaları və bazarları (marketplace) da ziyarət etməyi (6%), xəbərləri axtarmağı və oxumağı (5%) da sevirlər. Buna baxmayaraq, bu fəaliyyətlərin bir qismi gənc istifadəçilər üçün təhlükəli ola bilər.

Şirkətin apardığı sorğunun nəticələrinə görə, bir çox məktəbli sosial şəbəkələrdə yeni insanlarla tanış olduğunu və tanımadığı adamlardan dostluq dəvəti aldığını etiraf edir. Bəzən bu cür təkliflər gerçək yaşı məktəb yaşından dəfələrlə fərqli olan insanlardan gəlir. Bir uşaqla intim münasibət qurmaq və ya onu şantaj etmək üçün qurulan "dostluq"lar ciddi təhlükə mənbəyidir.

Bu təhlükənin xüsusi bir adı var – internetdə süni etibar qazanma (internet-qruming). Tanışlıq ən çox uşağın həmyaşıdı tərəfindən çatda, forumda və ya sosial şəbəkədə yaradılır. Şəxsi ünsiyyət qurarkən ("şəxsi"-də) təcavüzkar uşağın güvənini qazanır, görüş təyin etməyə çalışır və ya şəxsi xarakterli fotoşəkillər və ya videolar göndərməyə meylləndirir.

Gerçək dünyada olduğu kimi məktəblilər internetdə də təcavüz və hətta təqib ilə üzləşə bilərlər. Bu fenomenə "kiber qısnama" (cyberbullying) deyilir. O, öz təhlükəsinə görə məktəbdə və ya həyətdəki qısnamalardan geri qalmır, çünki uşaq hər dəfə internetə daxil olduqda, yəni evdə də onun təzahürlərindən əziyyət çəkir.

Bəzən uşaqlar şəbəkədə özləri haqqında çox məlumat yerləşdirərək, mobil nömrələrini, məktəb nömrələrini açıq bildirərək, coğrafi işarələmələr edərək və şəkillər yükləyərək təcavüzkarlar üçün aktiv şəkildə boşluqlar açırlar. Bu fenomen "həddən artıq məlumat paylaşımı" (oversharing) adlanır. Onun təhlükəsi həddən artıq açıq məlumatların fırıldaqçılar və digər pis niyyətli insanlar tərəfindən istifadə edilə bilməsidir.

Məktəblilərin təəssüratlarını öz dostları ilə bölüşmək istəyi olduqca başa düşüləndir, ancaq uşağın hara getdiyini və harada olduğunu hər bir ailə üzvü bilməlidir, axı, məsələn, evdə çəkilmiş fotoşəkillərdən təcavüzkarlar ailənin maddi vəziyyət səviyyəsini, səfərlər barədə selfi və coğrafi işarələmədən isə evdə heç kimin olmadığı vaxtı öyrənə bilərlər.

"İstənilən internet istifadəçisi kimi, uşaqlar da şübhəli bir linkə kliklədikdə və ya zərərli bir faylı açdıqda fişinq, spam və ya zərərli proqramlarla üzləşə bilərlər. Məktəblilərə bu cür vəziyyətlərin qarşısını almağa kömək etmək üçün, valideynlər və müəllimlərə kiber təhdidlər və kiber gigiyenanın əsas qaydaları barədə danışmaq lazımdır: sosial şəbəkə və messencerlərdəki şübhəli linklərə keçid etməyin, hesablar üçün mürəkkəb şifrələr düşünün və onları vaxtaşırı dəyişin, özünüz haqqında çox məlumat paylaşmayın, filmləri və proqramları şübhəli mənbələrdən yükləməyin, şübhəli yadlarla ünsiyyət qurmayın", - deyə “Kaspersky”-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

“Kaspersky” uşaqların şəbəkədə qorunması üçün valideynlərə əsas qaydaları xatırladır:

• uşağınızın interneti mənimsəməsinə kömək edin: sosial şəbəkələrdə, poçtda, oyun xidmətlərində onunla birgə hesab yaradın, maraqlı video, kitablar və yoxlanılmış məlumatları harada axtarmaq, musiqiyə necə qulaq asmaq lazım olduğunu göstərin;

• onlayn təhdidlər barədə qorxutmadan, aydın dildə başa salaraq məlumat verin;

• əsas davranış qaydalarını razılaşdırın: məsələn, birgə yemək zamanı qadcetdən istifadə etməsin, yalnız razılaşdırılmış vaxtda onlayn oyunlar oynasın, saat 22.00 -dan sonra telefonla oynamasın. Bu qaydalara bütün ailə üzvləri riayət etsələr daha yaxşı olar, çünki uşaqlar bir çox şeylərdə böyüklərdən nümunə götürür;

• uşağınıza izah edin ki, əgər qısnamaya məruz qalsa, bunda onun günahı yoxdur və həmin vəziyyətdə özünü necə aparmaq barədə xəbərdarlıq edin: qısnamaya cavab verməsin, onu incidənləri "qara siyahı"-ya atsın, onlar barədə sosial şəbəkə administratorlarına şikayət etsin, valideynlərinə desin;

• əgər uşaq ilk cihazını əldə edib və rəqəmsal dünyanı yeni tanımağa başlayırsa, məsələn, “Kaspersky Safe Kids” kimi xüsusi valideyn nəzarəti proqramı yükləyin və bu barədə onu mütləq xəbərdar edin.

*”Kaspersky Safe Kids” həllinin 2020-2021-ci illər üçün Azərbaycan üzrə anonimləşdirilmiş statistik məlumatları

1956
Neft buruğu, arxiv şəkli

İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq

2
(Yenilənib 21:36 25.09.2021)
Azərbaycan və İraqın energetika nazirləri görüşüb. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında "Cənub Qaz Dəhlizi"nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" məkanlarına çevrilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır.

Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib:

"Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və OPEC+ formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik".

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

2
Teqlər:
İraq
Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair müzakirələr

Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair müzakirələr aparılıb

2
(Yenilənib 21:06 25.09.2021)
Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində artıma nail olunduğunu diqqətə çatdırıb.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" (BTNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir.

Qeyd olunub ki, tranzit daşımalarında şəffaflığın və nəqliyyat prosesinin iştirakçıları arasında bərabər şərtlərin təmin edilməsi üçün ən vacib alət Orta Dəhlizin rəqəmsallaşdırılmasıdır.

Bildirilib ki, tariflərin optimallaşdırılması, daşıyıcıların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, sayının və müddətinin azaldılması ilə məşğul olan kollegial icra orqanı – Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlığı Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək.

"Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti SC, "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri Nurlan Sauranbayevin sədrliyi ilə keçən tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri David Peradze, "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi Rahmetulla Kudaybergenov, Türkiyə Dövlət Dəmir Yollarının baş direktoru Hasan Pezük, "Aktau Beynəlxalq Dəniz Ticarət limanı" SC-nin sədri Abay Turikpembayev, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov və "Port Kurık" SC-nin sədri Serik Axmetov iştirak ediblər.

Pandemiya şəraitində mövcud vəziyyəti səciyyələndirən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində artıma nail olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açılıb. Azərbaycan regionda bir sıra vacib beynəlxalq layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarıdır. Ölkəmiz beynəlxalq daşımalara, multimodal infrastrukturun genişləndirilməsinə əhəmiyyətli təsir göstərən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində aktiv rol oynayır. Cavid Qurbanov görüşün əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində faydalı olacağına, təklif və tövsiyələrin dəmir yolu sahəsində tətbiqinin iştirakçı ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

İki gün davam edən toplantıda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin tərkibinin və 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinə dair audit hesabatının təsdiqi; BTNM BA HŞB-nin Nizamnaməsinə dəyişikliklərin və əlavələrin edilməsi; Assosiasiyanın intellektual mülkiyyət hüququnun (loqotipi və adının) Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatının Beynəlxalq bürosunda müdafiəsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda birgə müəssisənin yaradılması; Orta Dəhlizin (Middle Corridor) 2025-ci ilə qədər inkişaf strategiyasının işlənib hazırlanması və Avropa İttifaqında mövcudluğunun genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinin potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.

Müzakirələrdən sonra "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti SC-nin Mərkəzi Asiya regionundakı nümayəndəliyi rəhbərinin müavini Haydar Abdikerimov "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov BTNM-in inkişafı üzrə İşçi Qrupunun rəhbəri təyin olunub.

Eyni zamanda, "Pasifik Eurasiya Lojistik Diş Ticarət A. Ş." (Türkiyə) şirkəti quruma assosiativ üzv qismində qəbul olunub.

Yığıncağın sonunda müvafiq protokol imzalanıb.

Qeyd edək ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə "Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı" istiqamətində hərəkət edən ilk "Nomad ekspress" sınaq konteyner qatarı 2015-ci il avqustun 3-də yola salınıb.

Həmçinin oxuyun:

Xəzərdə əməkdaşlıq məsələsi: qarşılıqlı investisiyalar, tranzit və "yaşıl enerji"

2
Teqlər:
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu