Roza Zərgərli

Azərbaycanlı müğənni klipi üçün Türkiyədən model dəvət edib

18
Sənətçi həmin modeli "Ömür yoldaşım" adlı klipinə çəkib. Müğənni klipi özünün "Instagram" hesabında paylaşıb. M.Irmakın tərəf müqabili isə ifaçının aktyor övladı Corc Qafarovdur. Ekran işinin rejissorluğunu Nail Naiboğlu edib.

BAKI, 8 sentyabr — Sputnik. Müğənni Roza Zərgərli 2020-ci ildə Türkiyənin ən yaxşı modeli seçilən (Best model of Turkey) Melisa Irmakla əməkdaşlıq edib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi həmin modeli "Ömür yoldaşım" adlı klipinə çəkib. Müğənni həmin klipi özünün "Instagram" hesabında paylaşıb.

M.Irmakın tərəf müqabili isə ifaçının aktyor övladı Corc Qafarovdur. Ekran işinin rejissorluğunu Nail Naiboğlu edib.

Müğənni bildirib ki, klipin ideya müəllifi özüdür: "Mahnını 3 il əvvəl yazdırmışam. Düşündüm ki, artıq təqdim etməyin vaxtıdır. Corcu bir çox tanınmış sənətçilər klipinə çəkmək istəyib. Sonra Bənövşənin "Sarı gəlin" klipində oynadı. Mən də Corca təklif etdim və razılaşdı. Melisa isə qonorar almadı, xalam nəvəsidir. Türkiyədə müqaviləsi var idi, amma icazə aldı".

Məlumat üçün bildirək ki, Roza Zərgərli müğənniliklə yanaşı, aktrisa kimi də özünü sınayıb. Belə ki, Zərgərli "Adam ol!", "Tək olanda qorxma..." (teleserial, 2013), "100 kağız" adlı filmlərdə rol alıb.

Həmçinin oxuyun:

Müğənni idmançılarımıza klip həsr edib - O, buna görə üç aydır kikboks öyrənir

18
Teqlər:
müğənni
Kimsəsiz insanlar, arxiv şəkli

Səyavuş Aslanın küçədə gecələyən oğlu sosial müəssisəyə yerləşdiriləcək

4
(Yenilənib 15:20 16.09.2021)
"Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün əməkdaşlarımıza təlimat verilib""Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün əməkdaşlarımıza təlimat verilib"

BAKI, 16 sentyabr — Sputnik. Sosial Xidmətlər Agentliyi küçədə gecələyən xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı açıqlama verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Agentliyin mətbuat katibi Murad Haşımov bildirib ki, bu barədə sosial şəbəkədəki paylaşımlara əsasən dərhal məsələ nəzarətə götürülüb:

"Sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat paylaşılır. Onun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir. Məlumat vermək istəyirəm ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib".

Haşımov bildirib ki, onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün Agentliyin əməkdaşlarına təlimat verilib.

"Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq. Məlumat verən hər kəsə təşəkkür edirik!", - deyə Sosial Xidmətlər Agentliyinin rəsmisi bildirib. 

 

4

Dədə-baba sənəti: kəndirbazlar nəslindən olan adam Dağıstan yüksəkliklərini fəth edir

4
(Yenilənib 15:05 16.09.2021)
Kəndirbazlar nəslinin altıncı nümayəndəsi olan Kamil Mamayev ekstremal marşrutlarla qeyri-adi hobbisini həyata keçirir və bu sənəti məşhurlaşdırır.

Kəndirbaz Kamil Mamayevin sözlərinə görə, altı yaşından ip üstündə yeriməyə başlayıb. Kəndirbaz indiyə kimi hobbisini 10-a yaxın müxtəlif marşrut üzrə gerçəkləşdirib ki, onların arasında 150 metr yüksəklikdə, Solotol kanyonu üzərində ip üstə gəzmək də var.

Mamayev deyir ki, fəaliyyətinin əsas məqsədi bütün arzulayan insanlar üçün ip üstündə yerimək imkanının yaradılmasıdır. Bu məqsədlə o, Çindirçero dağ xizək kurortunda müxtəlif uzunluqlu kəndirlər üzərində ekstrim-park da təşkil edir.

"Bura çox turist gəlir, mühafizə sistemi vasitəsilə ip üstündə dayanmağa çalışır, şəkil çəkdirirlər. Onların arasında bu işi öyrənmək istəyənlər də çox olur. Hərə özünə lazım olanı seçir. Bəziləri üçün bu əyləncə, digərləri üçün idman, bir başqaları üçün ekstrimdir. Elə insanlar da var ki, bu işi həyatının mənası hesab edirlər", – deyə kəndirbaz fikirlərini bölüşüb.

O, sözügedən parkın yaradılması ilə yanaşı, şəxsi rekordunu da təzələmək niyyətindədir.

"Bu il ip üstündə 1,5 kilometr məsafə qət etmək istəyirəm. Bu Rusiya rekordudur. Əgər bunu bacarsam, rekord qazanmış olacağam. Baxaq görək, necə alınır", – deyə kəndirbaz sözlərinə yekun vurub.

4