Məktəbdə dərs prosesi, arxiv şəkli

I sinfə qəbulla bağlı müraciət sayı açıqlandı

13
(Yenilənib 21:12 08.09.2021)
Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi müəyyən olunub.

BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 8-nə olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 49171 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla).

Qeyd edək ki, Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada ("WhatsApp" nömrələr vasitəsilə) təşkil olunur.

Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 10693 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1038-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1478-i Onlayn Alternativ qeydiyyat mərkəzlərində ("WhatsApp"müraciətləri), 6205-i sistemin "Əlaqə" bölməsində, 1972-si isə telefon vasitəsilə cavablandırılıb.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin "WhatsApp" müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.

Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) müəyyən olunub.

Həmçinin oxuyun:

Orta-ixtisas təhsili müəssisələrinə qəbul üçün müsabiqənin nəticələri elan olunub

13
Teqlər:
qəbul, məktəb
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıda

7
(Yenilənib 12:19 18.09.2021)
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
1 / 2
© Sputnik / Murad Orujov
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Xatırladaq ki, avqustda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin sentyabrda Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçəcəkləri barədə məlumat yayılmışdı.

Rusiya Xəzər donanmasının komandanının müavini kontr-admiral Sergey Yakimovun sözlərinə görə, birgə təlimlərdə Rusiya HDD-nin, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcəklər: "Bir neçə gün ərzində biz burada, Xəzər dənizində birgə fəaliyyətləri məşq edəcəyik".

Eləcə də oxuyun:

7
Teqlər:
gəmi, Bakı, Rusiya, Xəzər dənizi
Mövzu:
Bakının son xəbərləri
Пианист, фото из архива

Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr

8
Sputnik Azərbaycan nəinki Yerdə, eləcə də Kainatda səslənməyə layiq Azərbaycan xalq və bəstəkar musiqi əsərlərinin bəzilərini təqdim edir.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda Musiqi Günü sentyabrın 18-də, dahi bəstəkar, musiqişünas, pedaqoq, Azərbaycan peşəkar musiqisinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir.

Hər il Azərbaycanda bu gün bir sıra tədbirlər keçirilir, konsertlər təşkil olunur. Üzeyir Hacıbəyli adına festival isə bu il sentyabrın 18-dən 24-dək davam edəcək. Onun ilk konsertlərinin bu gün Şuşada təşkil olunması gözlənilir.

Milli Musiqi Günü münasibətilə Sputnik Azərbaycan ölkənin tanınmış mədəniyyət xadimlərinə müraciət edərək özləri ilə kosmik uçuşa yollansalar, hansı Azərbaycan musiqi incilərini götürmək istədiklərini soruşub. Onların seçimini təqdim edirik.  

Xalq artisti, dirijor Rauf Abdullayev - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra.

İstedadlı tenor Azər Zadə - Tofiq Quliyevin "Azərbaycan"ı.

Əməkdar artist Fuad İbrahimov - Fikrət Əmirovun "Azərbaycan kapriççiosu".

Xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov - Azərbaycan muğamı, xüsusən "Bayatı-Şiraz".

Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov - "Sən gəlməz oldun" (musiqisi Ələkbər Tağıyev, sözləri Mədinə Gülgün)

 

Xalq artisti, pianoçu Murad Adıgözəlzadə - Fərhad Bədəlbəylinin "Dəniz"i.

Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov - Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları. 

Bu siyahıya Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Rauf Hacıyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Firəngiz Əlizadə və başqalarının əsərlərini də əlavə etmək olar.

Azərbaycan muğamı kosmosda

1977-ci il fevralın 27-də "Voyacer"in Qızıl diski" işıq üzü görüb. Kainatın sakinlərini planetimizin səsləri ilə tanış etmək məqsədilə NASA-nın sifarişi ilə tərtib olunmuş, "Yerin səsləri" adlı, səslərin, nitqin, musiqinin kompilyasiyası "Voyacer" kosmik gəmisinin göyərtəsində kosmosa göndərilib.

Bethovenin Beşinci simfoniyası və 13-cü simli kvarteti, Baxın "Brandenburq konserti" və "Yaxşı temperlənmiş klavir"i, Motsartın "Sehrli fleyta"sı və Stravinskinin "Müqəddəsin baharı", Lui Armstronqun ifasında "Melancholy Blues", kor blüzmen Blaynd Uilli Consonun ifasında "Dark Was the Night, Cold Was the Ground" diskdə yer alır.

Diskə eləcə də Azərbaycan muğamı, gürcü xoru, vulkanların püskürməsi, ildırım səsi, işıldaböcəklərin və yağışın səsi, ürək döyüntüsü, gülüş, it hürüşü, quşların nəğmələri də yazılıb.

 

8
Teqlər:
musiqi, Musiqi günü, video