Tələbələr, arxiv şəkli

Tələbələr bu ildən təhsil krediti əldə edə biləcəklər

208
(Yenilənib 17:27 07.09.2021)
Emin Əmrullayev bildirib ki, tələblərin qeydiyyatı bitdikdən sonra tələbə kreditlərinin verilməsi elektron qaydada elan ediləcək.

BAKI, 7 sentyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev bu il tələbələrə təhsil kreditlərinin verilib-verilməyəcəyi ilə bağlı sualları cavablandırıb. Yeni tədris ilinin başlanması ilə bağlı keçirilən brifinqdə nazir bildirib ki, bu il tələbələrin təhsil krediti alması mümkün olacaq: "Hazırda tələblərin qeydiyyatı davam edir. Proses bitdikdən sonra tələbə kreditlərinin verilməsi elektron qaydada elan ediləcək. Biz inanırıq ki, bir neçə min tələbə müvafiq qaydalara əsasən tələbə krediti ala biləcək".

Qeyd edək ki "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"na əsasən TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə "Təhsil Tələbə Krediti" alt sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçiriləcək. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilər Şurası müəyyən edəcək.

Xatırladaq ki, iyunun 18-də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.

Məlumat üçün əlavə edək ki, Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

Həmçinin oxuyun:

* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı

* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq

Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı

Şagirdlərin məktəbə hansı forma geyinəcəyinə nazir aydınlıq gətirdi

208
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

76
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

76
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi

"Qarabağ" - "Bazel" oyunu kadrlarda

8
  • Qarabağ klubunun müdafiəçisi Kevin Medina Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda Bazel komandasına qarşı oyunda.
Ağdamın futbol klubu Bakı Olimpiya Stadionunda İsveçrənin "Bazel" klubuna qalib gələ bilməsə də, Konfrans Liqasının qrup mərhələsində ilk xalını qazandı.

Cümə axşamı, sentyabrın 16-da Azərbaycan Premyer Liqasının vitse-çempionu "Qarabağ" klubu UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Bakı Olimpiya Stadionunda "süvarilər"in qonağı İsveçrənin "Bazel" klubu idi. 

Qeyd edək ki, Ağdam klubu avrokubok oyunlarında artıq kifayət qədər təcrübəyə malikdir, səkkiz ildir, orada çıxış edir. Düzdür, yalnız bir dəfə Çempionlar Liqasının qrup mərhələsindən əsas raunduna düşüb. Hazırda isə klub UEFA-nın yeni futbol turnirində - Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü dərəcəli əhəmiyyətə malik Konfrans Liqasında çıxış edir. 

Sözügedən matçda "Qarabağ" üstün oyun sərgilədi, birinci taymda tez-tez hücumlar təşkil etdi və rəqibi üçün çətin anlar yaratdı. Azarkeşlər də saylarının az olmasına baxmayaraq stadionda gözəl ab-hava yaratmağa müvəffəq oldular.

Oyunun necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

 

8
  • © Sputnik / Murad Orujov

    FK "Qarabağ" klubunun futbolçuları " Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda "Bazel" komandasına qarşı matçdan əvvəl.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • Qarabağ klubunun müdafiəçisi Kevin Medina Konferensiya Liqasının qrup mərhələsinin ilk turunda Bazel komandasına qarşı oyunda.
    © Sputnik / Murad Orujov

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizodu.

  • © Sputnik / Murad Orujov

    Konferensiya Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən "Qarabağ" - "Bazel" matçında oyun epizo