Tokioda 32-ci Olimpiya oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi, arxiv şəkli

Tokio-2020-də gənc idmançılarımızın medal qazana bilməməsi çox ciddi təftiş edilməlidir

532
(Yenilənib 15:10 07.09.2021)
Prezident İlham Əliyev deyib ki, qələbələrlə fəxr edə bilərik, ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır.

BAKI, 7 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev gənclər və idman naziri təyin Fərid Qayıbovu videoformatda qəbul edərkən ölkəmizi təmsil edən idmançıların Tokio Yay Olimpiya Oyunlarında çıxışına münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, Prezident vəziyyətlə bağlı təhlilin aparılmalı olduğunu bildirib.

"Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır", - deyə İlham Əliyev bildirib.

Xatırladaq ki, Prezidenti İlham Əliyev bu gün Fərid Fazil oğlu Qayıbovu Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edib.

Gənclər və idman naziri postu dörd aydan artıqdır boş idi. Bundan əvvəlki gənclər və idman naziri Azad Rəhimov 2021-ci il aprelin 30-da vəfat edib.

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti və Azərbaycan Gimnastika Federasiyasının Baş Katibidir.

Həmçinin oxuyun:

* Prezident gənclər və idman naziri barədə sərəncam imzaladı

* Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər - Azərbaycan lideri

 

 

532
Əfqanıstan Prezidenti Əşrəf Qani, arxiv şəkli

Əşrəf Qəni Taliban hakimiyyətini tanımağa çağırıb?

2
(Yenilənib 20:07 27.09.2021)
Daha əvvəl eks-prezidentin rəsmi "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer alıb.

BAKI, 27 sentyabr — Sputnik. Əfqanıstanın keçmiş prezidenti Muhammed Əşrəf Qəninin "Facebook" hesabı sındırılıb. Bundan bir neçə dəqiqə əvvəl isə həmin hesabdan Taliban* hakimiyyətinin tanınmasına çağırış edilib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

"Muhammed Əşrəf Qəninin "Facebook"-dakı rəsmi səhifəsi sındırılıb", – deyə Qəni öz "Twitter" hesabında yazıb.

Bundan əvvəl Əşrəf Qəninin "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer almışdı. Bəyanatda Taliban qruplaşmasına kömək göstərilməsi, onun hakimiyyətinin tanınması və Əfqanıstanın aktivlərinin yenidən açılmasına çağırış öz əksini tapıb.

Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı

 

2
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev, arxiv şəkli

Xüsusi Təyinatlı Qüvvələrin komandanı Anım Günü müharibə qəhrəmanları ilə bir arada

3
(Yenilənib 20:23 27.09.2021)
Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsusi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, mərasimdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.

Anım mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Hazırda da bir çox təlimlər icra edilməkdədir.

 

3