Dəniz Mall Ticarət Mərkəzinə mənzərə, arxiv şəkli

Qeyri-sabit hava vaxtadək davam edəcək? Rəsmi açıqlama

160
(Yenilənib 16:01 07.09.2021)
Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı ehtimalı var. Sentyabrın 8-də axşama doğru yağıntılar tədricən kəsiləcək.

BAKI, 7 sentyabr — Sputnik. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 8-i gündüz saatlarınadək davam edəcək. Bu barədə Sputnik Azərbaycan-a ETSN Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı ehtimalı var. Sentyabrın 8-də axşama doğru yağıntılar tədricən kəsiləcək.

Güclü şimal-qərb küləyi ayın 8-i səhər saatlarından tədricən mülayimləşəcək.

Xatırladaq ki, sentyabrın 7-si saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində axşam saatlarından başlayaraq şimal-qərb küləyi güclənib, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli güclü olub.

Düşən yağışın miqdarı Lənkəranda 30.0 mm, Qubada 14.0 mm, Qusarda 13.0 mm, Astarada 12.0 mm, Lerikdə 6.0 mm, Balakən, Yardımlıda 3.0 mm, Göytəpədə 2.0 mm, Şəki, Zaqatala, Kişçay (Şəki), Şabran, Altıağac, İsmayıllı, Xaltan, Qrızda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Biləsuvar, Neftçalada 20 m/s, Şirvan, Şabran, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında - Maştağada 25 m/s, Pirallahı, Çilov adası, Neft Daşlarında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 8-i gündüz saatlarınadək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı ehtimalı var. Sentyabrın 8-də axşama doğru yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi sentyabrın 8-i səhər saatlarından tədricən mülayimləşəcək.

160
Azərbaycanlı karateçi Rafael Ağayev

Rafael Ağayev Tokio Olimpiadasındakı məğlubiyyətə görə Luici Busadan qisas ala bilər

4
(Yenilənib 19:37 21.09.2021)
Karate-1 Premyer Liqası seriyasının Moskva turniri Tokioda Yay Olimpiya Oyunlarından sonra Azərbaycan karateçiləri üçün ilk yarış olacaq.

BAKI, 21 sentyabr — Sputnik. Dünya karatesinin brilyantı Rafael Ağayev (75 kiloqram) oktyabrın əvvəlində Tokioda Olimpiya Oyunlarının finalında uduzduğu italiyalı Luici Busaya məğlubiyyətinin heyfini çıxa bilər.

Sputnik Azərbaycan xəbər verir ki, Moskvada oktyabrın 1-də azərbaycanlı karateçilərin, həmçinin kişilərdən ibarət milli komandanın lideri Rafael Ağayevin (75 kiloqram) iştirakı ilə Karate-1 Premyer Liqasının ilk turniri başlayacaq. Tokio Olimpiya Oyunlarından sonra Moskva turniri Ağayev üçün ilk olacaq.

Üstəlik, onun Tokio Olimpiadasının finalında uduzduğu rəqibi italiyalı Luici Busa da Moskva turnirində çıxış edəcək. Ağayevlə Busa arasındakı döyüş son dərəcə prinsipial ola bilər, çünki Tokioda keçirilən yarışda məğlub olan Rafael final döyüşündən sonra italyan rəqibini qələbəsi münasibətilə təbrik etməyib və hətta Busa ilə salamlaşmaq niyyətində olmadığını da bildirib.

Tokio Olimpiadasının digər gümüş mükafatçısı İrina Zaretska (68 kiloqram) da Premyer Liqanın Moskva mərhələsində iştirak edəcək. Yeri gəlmişkən, Tokio finalında Zaretskanın uduzduğu rəqibi, misirli Feryal Abdeləziz də Rusiya paytaxtında çıxış edəcək.

Əlavə edək ki, "Premyer Liqa" seriyasından olan Moskva turnirinə Azərbaycandan ümumilikdə 24 iştirakçı gedəcək.

4
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisdə qida təhlükəsizliyi məsələsini qanuniləşdirəcək

3
(Yenilənib 19:35 21.09.2021)
Milli Məclisin Aqrar siyasət komitəsinin iş planında işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi və s. nəzərdə tutulub.

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, komitənin sədri Tahir Rzayev gündəlik barədə məlumat verib. Bildirilib ki, gündəliyə iki məsələ - Milli Məclisin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci il payız sessiyası üçün iş planının layihəsi daxil edilib.

2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə məlumat verib.

Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci il payız sessiyası üçün iş planı haqqında bildirib ki, komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, qarşıdakı sessiyada "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, ilin yekununda Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar dinləmələrin keçirilməsi planlaşdırılıb.

Sonra deputatlardan Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, Aydın Hüseynov müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər. Vurğulanıb ki, hesabat dövründə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətinin, xüsusən də həyata keçirilən islahatların qanunvericilik bazasının yaradılması ilə bağlı mühüm qərarlar və qanunlar qəbul olunub. Qeyd olunub ki, komitə üzvləri öz seçiciləri ilə xüsusi karantin rejiminin tələblərinə uyğun daimi əlaqə saxlayıblar, şəhid ailələri ilə, qazilərlə görüşüblər, onların problemləri ilə yaxından maraqlanıblar.

İclasda Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, deputatlar İqbal Məmmədov və Emin Hacıyev də iştirak ediblər.

3