Mədəniyyət nazirinin birinci müavini bəlli oldu

© Justin Sullivan/Getty Images/AFPПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən bildirilib.
Xatırladaq ki, bundan öncə Elnur Əliyev Mədəniyyət nazirinin müşaviri vəzifəsini icra edirdi.
Məlumat üçün bildiririk ki, Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

Xəbər lenti
0