LUKoil ASC-nin prezidenti Vahid Ələkbərov, arxiv şəkli

Vahid Ələkbərov: Neftin qiyməti yüz dolları keçərsə, bu, yaxşı nəticələnməyəcək

4848
(Yenilənib 11:19 07.09.2021)
"Lukoyl" prezidentinin fikrincə, neftin bahalaşması aşağı rentabelli və az effektli layihələrə investisiya qoyuluşunu artıra bilər ki, nəticədə də bazarın "çökməsi"  baş verər.

BAKI, 7 sentyabr — Sputnik. "Lukoyl"-un prezidenti Vahid Ələkbərov bildirib ki, dünya bazarında neftin qiyməti 100 dolları keçərsə, bu, yaxşı nəticələrə gətirib çıxarmayacaq. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.

Ələkbərovun fikrincə, neftin bahalaşması aşağı rentabelli və az effektli layihələrə investisiya qoyuluşunu artıra bilər ki, nəticədə də bazarın "çökməsi" baş verər.

"Neftin qiymətinin yenidən bir barel üçün 100 dolları keçdiyini görmək istəməzdik. Belə ki, bu, aşağı rentabelli, az effektli layihələri stimullaşdıra bilər. Bundan sonra da artıq bir dəfə keçdiyimiz nöqtəyə – bazarın "çökməsinə" qayıda bilərik", – deyə o bildirib.

Ələkbərov onu da əlavə edib neftin bir barelinin qiymətinin 65-75 dollar civarında qalması istehlakçılar üçün əlverişlidir və OPEC+ ölkələri neft hasilatının nizamlanması hesabına bu qiyməti saxlamaq niyyətindədir.

Qeyd edək ki, hazırda bir barel "Brent" markalı xam neftin noyabr fyuçerslərinin qiyməti 73 dollara yaxınlaşır.

Həmçinin oxuyun:

OPEC+ hasilatının azaldılması sazişinin şərtlərini dəyişəcəkmi? - İlham Şaban şərh edir

* Vahid Ələkbərov: Neftin qiymətində kritik dövr artıq arxada qalıb

* Azərbaycanlı milyarderdən gözlənilməz açıqlama

4848
Koronavirus testi, arxiv şəkli

Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir

5
Tədqiqat nəticələrinə görə, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

BAKI, 18 sentyabr - Sputnik. Merilend Universitetinin İctimai Səhiyyə məktəbinin alimləri belə nəticəyə gəliblər ki, koronavirus ona görə mutasiyaya uğrayır ki, hava ilə daha aktiv yayıla bilsin.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Britaniyanın Daily Mail nəşri yazır.

Ekspertlərin məlumatına görə, "alfa" ştammının hissəcikləri hava-damcı yolu ilə COVID-19-un Uhan ştammına nisbətdə 1000 dəfə sürətli yayılır. "Alfa" ştammı Böyük Britaniyada 2021-ci ilin yanvarında dominant olduğu üçün alimlər diqqətlərini onun tədqiqatına yönəldiblər. 

2020-ci ilin mayından 2021-ci ilin aprelinədək aparılan tədqiqatda "alfa" ştammına yoluxmuş 49 nəfər iştirak edib. Könüllülər xüsusi aparat vasitəsilə 30 dəqiqə maskasız, 30 dəqiqə isə maska ilə nəfəs alırdılar.

Nəticədə müəyyən edildi ki, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

Ötürülən hissəciklərin çoxalması hələ "delta" ştammından əvvəl qeydə alınıb. Araşdırmaçılar əmindirlər ki, COVID-19 mutasiyaya uğramasının sayəsində hava ilə daha tez və effektiv yayılmağa başlayıb. Bundan başqa, o da bəlli olub ki, adi tibbi maska virus hissəciklərinin 48%-ni tutub saxlamağa qadirdir.

Eləcə də oxuyun:

5
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, ştamm, mutasiya, hava
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar

4
(Yenilənib 19:54 18.09.2021)
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

BAKI, 18 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

Eləcə də oxuyun:

4
Teqlər:
alkoqol, alkoqollu içki, qiymət, idxal, bahalaşma