İmtahan, arxiv şəkli

İmtahanlarda iştirak edə bilməyənlər üçün əlavə şans

14
(Yenilənib 11:44 07.09.2021)
2021-ci ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçiriləcək.

BAKI, 7 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 9-da əlavə imtahan keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-ci ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçiriləcək.

DİM imatahana buraxılış üçün şagirdlərin gətirməli olduqları sənədlərin siyahısnı açıqlayıb. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-      İmtahana buraxılış vərəqəsi;

-    Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-      Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a)  Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-      Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir.

Qeyd edək ki, sentyabrın 9-da həmçinin bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq. İmtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 166 nəzarətçi-müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanacaq. 09:45-də imtahana buraxılış müddəti başa çatacaq. Bundan sonra gələn abituriyentlər imtahan binasına buraxılmayacaq. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Qeyd edək ki, bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 2-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Həmçinin oxuyun:

* Abituriyentlərin nəzərinə: İxtisas seçimi bu gün başa çatır

* Sabahdan ali məktəblərə qeydiyyat başlayır

Ali məktəblərin qəbul planında 10% yer boş qalıb

14

Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm - Türkiyə prezidenti

5
Ərdoğan Türkiyənin İğdır vilayətindən Naxçıvana avtomobil və dəmir yolları çəkilməsinin çox önəmli addım olacağını vurğulayıb.

BAKI, 23 sentyabr - Sputnik. Soçidə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Daha sonra Ərdoğan Türkiyənin İğdır vilayətindən Naxçıvana avtomobil və dəmir yolları çəkiləcəyini deyib.

Türkiyə Prezidenti Naxçıvana dəmir yolunun çəkilməsinin çox önəmli addım olacağını vurğulayıb.

5
Teqlər:
Türkiyə, İğdır, dəmir yolu
“OBA” market

"OBA" market ağacların kəsilməsində günahkar deyil - rəsmi açıqlama

6
(Yenilənib 20:03 23.09.2021)
Marketinq Kommunikasiyaları şöbə müdiri: "OBA" marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur.

BAKI, 23 sentyabr — Sputnik. "OBA" marketlər şəbəkəsi Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən "OBA" marketin qarşısında kəsilən ağaclarla bağlı rəsmi açıqlama yayıb. Şirkətdən Sputnik-Azərbaycan-a daxil olan məlumatda deyilir ki, "OBA" marketlər şəbəkəsinin Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında kəsilən ağaclarla bağlı hadisədə heç bir əlaqəsi yoxdur.

Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, "OBA" marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur:

"Bir neçə gün öncə marketimizdə çalışan əməkdaşlarımız Ekologiya Nazirliyinin nümayəndələri olduğunu bildirən şəxslərə rəsmi şəkildə müraciət etməli olduqlarını, bundan sonra görüntüləri verə biləcəklərini bildiriblər. "OBA" Marketlər şəbəkəsinə rəsmi şəkildə müraciət olunmadığı üçün təhlükəsizlik qaydaları nəzərə alınaraq görüntülər təqdim olunmayıb".

Fəzilət Səmədova əlavə edib ki, "OBA" marketlər şəbəkəsi nazirliyin rəsmi sorğusu gəldiyi təqdirdə görüntülərin ictimaiyyətə paylaşılmasında maraqlıdır.

Qeyd edək ki, Sputnik Azərbaycan-ın məlumatına görə, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

"İlkin araşdırma zamanı "Oba market"in qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib".

V.Cavadov onu da bildirib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.

Həmçinin oxuyun:

Bakıda sahibkar təbiəti marketə qurban verdi

6
Teqlər:
market, ağac