Bakıda qədər avtobus kartsız işləyir?

17
(Yenilənib 15:25 05.09.2021)
Kartsız işləyənlər öz yerində, amma nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 75-ə çatıb.

BAKI, 5 sentyabr — Sputnik. Paytaxtda nağdsız ödəniş sisteminə keçməyən avtobusların sayı açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O, bildirib ki, paytaxtda sərnişindaşımada kartsız işləyən marşurutların sayı 89-dur. Nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı isə 75-ə çatıb. M. Ağayev bu prosesin sürətlə davam etdirildiyini bildirib.

Xatırladaq ki, sentyabrın 3-də 194 nömrəli marşrut xətti (Qobu Park Yaşayış Kompleksi - "20 Yanvar" m/st. ) üzrə hərəkət edən avtobuslarda gediş haqqının "BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb.

Bir neçə gün öncə isə 165 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödənir.

Avqustun 18-də 130 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqının "BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb.

17
Türkiyənin Bakıdakı səfirliyi, arxiv şəkli

Türkiyə İsrail səfirliyində Anım Günü qeyd olundu

18
(Yenilənib 19:33 27.09.2021)
Türkiyə və İsrail səfirliyində 27 sentyabr Anım Günü qeyd olunub, şəhid övladları təhsil almaq üçün qardaş ölkəyə yola salınıb.

BAKI, 27 sentyabr — Sputnik. Türkiyənin Bakıdakı səfirliyində Anım Günü ilə bağlı tədbir və qardaş ölkədə təhsil almağa yollanan şəhid övladları ilə görüş keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər (TÜİB) İctimai Birliyinin sədri Hüseyin Büyükfırat, millət vəkili, "Tək millət, tək ürək" platformasının təşəbbüskarı Ramil Həsən, hər iki ölkədən ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Anım Günü ilə bağlı danışan Cahit Bağçı 27 sentyabr tarixinin zəfərə aparan yolun başlanğıcı olduğunu bildirib, şəhid ailələrinə və övladlarına sahib çıxmağın hər kəsin borcu olduğunu vurğulayıb. Türkiyədə təhsil alacaq şəhid övladlarına uğurlar arzulanıb, şəhidlərin layiqli davamçısı olacaqlarına əminlik ifadə olunub. Daha sonra şəhid övladlarının yolasalma mərasimi keçirilib.

Vətən müharibəsində həlak olanların xatirəsi İsrail səfirliyində də bir dəqiqəlik sükutla yad edilib. Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Twitter"ində məlumat paylaşılıb: "Bu gün Anım Günündə səfir Corc Dik və səfirlik heyəti Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək, müharibə qurbanlarının xatirəsini ehtiramla yad edib. Bölgəyə sülh diləyirik və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq".

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Anım Günü ilə bağlı "Twitter" hesabından paylaşım edib. O, paylaşımında "27 sentyabr - Anım Günü, keçən ilki münaqişədə həyatlarını itirənləri anaraq ailələrinə və yaxınlarına başsağlığı verirəm", -  deyə qeyd edib. 

18
Şuşada Azərbaycan bayrağı

Mais Bərxudarov Şuşada Azərbaycan bayrağını qaldırdı - video

33
(Yenilənib 19:09 27.09.2021)
Aydın Kərimov bildirib ki, bu gün Anım Günü ilə bağlı Şuşanın Bayraq meydanında dövlət himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırıblar.

BAKI, 27 sentyabr — Sputnik. General -mayor Mais Barxudarov Anım Günü münasibətilə Şuşanın Bayraq Meydanında Azərbaycan bayrağını qaldırıb. Bu barədə Prezidentin Şuşa bölgəsindəki xüsusi nümayəndəsi Aydın Kərimov şəxsi Twitter hesabında bildirib.

"Bu gün Anım Günü ilə bağlı Şuşanın Bayraq meydanında dövlət himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər", - o vurğulayıb.

Mais Şükür oğlu Bərxudarov Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Vətən müharibəsinin Komandanlarından biridir.

O, 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu. 1993-cü ildə cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırır və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirir.

Baş leytenant rütbəsində olarkən Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Polkovnik rütbəsini daşıyarkən isə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mais Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən isə "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərə atılmış, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib. Erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.

Mais Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verilib.

33