Azərbaycanın Silk Way aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan Boeing 747-400

Füzulidəki Hava Limanında DSX-nın bölməsi fəaliyyət göstərəcək

465
(Yenilənib 13:23 05.09.2021)
Polkovnik-leytenant Rəşad Məşədiyev bildirib ki, sərhəd-nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və peşəkar heyətlə komplektləşdirilməsi üzrə DSX tərəfindən zəruri işlər görülür.

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağın hava qapısı” adlandırdığı Füzuli Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi də fəaliyyət göstərəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev bildirib.

© Photo : TREND
Rəşad Məşədiyev

R. Məşədiyev deyib ki, hava limanında sərhəd nəzarətinin etibarlı təşkili məqsədilə yaradılan sərhəd-nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və peşəkar heyətlə komplektləşdirilməsi üzrə DSX tərəfindən zəruri işlər görülür:

“Azərbaycan sərhədçiləri Füzuli Beynəlxalq Hava Limanında da xidməti vəzifələrini şərəflə yerinə yetirəcəklər”.

Həmçinin oxuyun:

* Tarixi uçuş: "Qarabağ" təyyarəsi Füzuli beynəlxalq hava limanında ilk eniş edib

* Fizulili deputat Fizuliyə eniş edən təyyarə barədə

Qarabağın hava qapısı: Bu gün Füzuli hava limanına ilk sınaq uçuşu olacaq

465
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin Milli müdafiə nazirinin müavini ilə görüşüb

Azərbaycanın Baş qərargah Muhsin Dərə ilə görüşdü: Təlimlərə davam

5
(Yenilənib 19:56 27.09.2021)
Görüşdə bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədilə Türkiyə ilə birgə keçirilən təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və bu istiqamətdə fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyi bildirilib.

BAKI, 27 sentyabr — Sputnik. Sentyabrın 27-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıblar.

© AR Ministry of Defence
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin Milli müdafiə nazirinin müavini ilə görüşüb

Bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədilə Türkiyə ilə birgə keçirilən təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və bu istiqamətdə fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyi bildirilib.

Söhbət zamanı hərbi sahədə birgə sənayenin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

* “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi davam edir

* "Üç qardaş - 2021" beynəlxalq təlimi: "Qarşıya qoyulan məqsədlərə nail olduq"

5
Heydər Əliyev Mərkəzinin üzərində Azərbaycan bayrağı proyeksiya olunub

Heydər Əliyev Mərkəzi "Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub

9
(Yenilənib 19:45 27.09.2021)
Bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.

BAKI, 27 sentyabr — Sputnik. Vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Axşam saatlarında başlayan tədbir çərçivəsində xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunub.

  • "Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub
    © Photo : APA
  • Heydər Əliyev Mərkəzinin üzərində Azərbaycan bayrağı proyeksiya olunub
    © Sputnik / Murad Orujov
1 / 2
© Photo : APA
"Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilib. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir.

Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb. Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər sakinləri, hərbçilər və rəsmilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarına baş çəkərək şəhidlərin xatirələrini yad ediblər.

Paytaxtda Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.

9