CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüksək texniki peşə ixtisasları üzrə müəllimlərin işə qəbulu sabah yekunlaşır

© Sputnik / Zulfiyya GuluyevaSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi - Sputnik Azərbaycan, 1920, 04.09.2021
Abunə olmaq
Müsabiqədə iştirak etmək istəyən namizədlər sentyabrın 5-i saat 23:59-dək müraciət edə bilərlər / Müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq.
BAKI, 4 sentyabr — Sputnik. Peşə məktəblərinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsi sabah yekunlaşır.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər sentyabrın 5-i saat 23:59-dək müraciət edə bilərlər. Hər bir ərizəçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.
Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.
İşə qəbul müsabiqəsi 2 mərhələdən (elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.
Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.
Həmçinin oxuyun:
Əks göstəriş sertifikatını almaq müşkülə çevrilib, müəllimlərin isə gözləməyə vaxtı yoxdur
Xəbər lenti
0