Maşa və Ayı cizgi filmindən kadr

"Maşa Ayı"nın Azərbaycan buraxılışı ermənilərin təzyiqi ilə Youtube-dan silinib

6919
(Yenilənib 13:30 03.09.2021)
Həmin buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunurdu.

BAKI, 3 sentyabr — Sputnik. Rusiya istehsalı olan məşhur "Maşa və Ayı" cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi Youtube səhifələrindən silinib.

Sputnik Azərbaycan xəbər verir ki, avqustun əvvəlində cizgi filminin Azərbaycanın "Cırtdan" xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb.

Xatırladaq ki, həmin buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunmuşdu. Bundan başqa, filmdə məşhur "Cücələrim" mahnısı da səsləndirilmişdi. Sözügedən buraxılışda Azərbaycanın qədim sənətkarlığı - pinəçilik də nümayiş olunub.

Cizgi filminin bu buraxılışı "YouTube" kanalında qısa müddətdə xeyli baxış toplamışdı.

Həmçinin oxuyun:

* "Maşa və Ayı"nın növbəti buraxılışı Azərbaycanın xalq nağılı əsasında hazırlanıb

* Çinli uşaqların başını rus ayısı ilə qatacaqlar

* Bu cizgi filminə YouTube-də 2 milyarddan çox adam baxıb

* Ən populyar əcnəbi cizgi filminin qadağan edilməsi təklif olunur

* Uşaqlarınızı bu dörd ən təhlükəli cizgi filmindən uzaq tutun

6919
Koronavirus testi, arxiv şəkli

Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir

5
Tədqiqat nəticələrinə görə, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

BAKI, 18 sentyabr - Sputnik. Merilend Universitetinin İctimai Səhiyyə məktəbinin alimləri belə nəticəyə gəliblər ki, koronavirus ona görə mutasiyaya uğrayır ki, hava ilə daha aktiv yayıla bilsin.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Britaniyanın Daily Mail nəşri yazır.

Ekspertlərin məlumatına görə, "alfa" ştammının hissəcikləri hava-damcı yolu ilə COVID-19-un Uhan ştammına nisbətdə 1000 dəfə sürətli yayılır. "Alfa" ştammı Böyük Britaniyada 2021-ci ilin yanvarında dominant olduğu üçün alimlər diqqətlərini onun tədqiqatına yönəldiblər. 

2020-ci ilin mayından 2021-ci ilin aprelinədək aparılan tədqiqatda "alfa" ştammına yoluxmuş 49 nəfər iştirak edib. Könüllülər xüsusi aparat vasitəsilə 30 dəqiqə maskasız, 30 dəqiqə isə maska ilə nəfəs alırdılar.

Nəticədə müəyyən edildi ki, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

Ötürülən hissəciklərin çoxalması hələ "delta" ştammından əvvəl qeydə alınıb. Araşdırmaçılar əmindirlər ki, COVID-19 mutasiyaya uğramasının sayəsində hava ilə daha tez və effektiv yayılmağa başlayıb. Bundan başqa, o da bəlli olub ki, adi tibbi maska virus hissəciklərinin 48%-ni tutub saxlamağa qadirdir.

Eləcə də oxuyun:

5
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, ştamm, mutasiya, hava
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar

4
(Yenilənib 19:54 18.09.2021)
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

BAKI, 18 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

Eləcə də oxuyun:

4
Teqlər:
alkoqol, alkoqollu içki, qiymət, idxal, bahalaşma