Hamilə qadın, arxiv şəkli

Gəncədə hamilə qadın döyülüb

172
(Yenilənib 11:32 03.09.2021)
Müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M.İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

BAKI, 3 sentyabr — Sputnik. Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T.Məmişova həyat yoldaşı, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü İsgəndərov Muraz tərəfindən döyülüb.

Qadının çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdiriliməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub. DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bu barədə məlumat verib.

O bildirib ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, ötən il 40 qadın qətlə yetirilib. 2021-ci ildə isə daha çox məişət zəminində fiziki zorakılıq halları olub:

"2020-ci ilin birinci rübündə ailə-məişət zəminində 973 cinayət faktı qeydə alınmışdısa, 2021-ci ilin analoji dövründə 292 belə fakta görə cinayət işi açılıb. 2020-ci ildə qadınlara qarşı 5 min 176 zorakılıq faktı qeydə alınmışdı ki, onlardan da 2007-si üzrə cinayət işi açılmışdı".

172
Arağın aksizi, arxiv şəkli

Alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub

2
(Yenilənib 19:33 21.09.2021)
Alkoqollu içkilərin istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin nümayəndələri ilə görüş keçirilib.

BAKI, 21 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və bununla əlaqədar təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Növbəti belə görüş araq, şərab və pivə məhsullarının istehsalçısı olan iri vergi ödəyicilərinin, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Bu barədə qurumdan Sputnik Azərbaycan-a məlumat verilib.

Onlayn formatda təşkil olunan görüşdə həmin sahədə mövcud vəziyyət, istehsal prosesi və ixracla bağlı çətinliklər dinlənilib, aksiz markalarının tətbiqinin təkmilləşdirilməsi, aksiz vergisinin hesablanması və ödənilməsi, vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi və pul vəsaitlərinin nağdlaşdırılması ilə əlaqədar müzakirələr aparılıb. Qeyd edilib ki, başlıca çətinliklərdən biri kustar üsulla keyfiyyətsiz məhsul istehsal edən şəxslərin haqsız rəqabət aparmasıdır. Çətinliyin həlli kimi isə alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub.

Görüş iştirakçılarına vergi qanunvericiliyi ilə əlaqədar müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

2
Qəza, arxiv şəkli

Hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq

54
(Yenilənib 19:32 21.09.2021)
Əgər hadisə zamanı şəxsin sağlamlığında xəsarət və yaxud ölüm halı baş veribsə, mütləq halda polisə düzgün məlumat verməlidir.

BAKI, 21 sentyabr — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib. DYP-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bir çox hallarda sürücünün hadisə yerindən yayınması və ya ilkin olaraq tərəflərin öz aralarında gəldikləri razılığın birtərəfli qaydada pozulması daha sonra inzibati, mülki və bəzi hallarda isə cinayət məsuliyyətinin yaranmasına səbəb olur.

Belə narazılıq hallarının qarşısının alınması məqsədilə bildirilib ki, sürücülər hadisə baş verdiyi ərazidə süni sıxlıq və tıxacların yaranmaması üçün hadisə nəticəsində xəsarət görən avtomobillərin, həmçinin digər maneələrin foto və video qeydlərini aparmalı və adiyyatı üzrə polisə məlumat verməli, digər avtomobillərin hərəkətinə çətinlik yaratmamaq üçün qəza-durma qaydalarına əməl etməklə nəqliyyat vasitələrini yolun təhlükəsiz hissəsinə, kənarına aparmalıdırlar.

Əgər hadisə zamanı şəxsin sağlamlığında xəsarət və yaxud ölüm halı baş veribsə, mütləq halda polisə düzgün məlumat verməlidir: "Sürücüdən xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilməsini, eləcə də xəstəxanaya çatdırılmasını təmin etmək tələb olunur. Əks təqdirdə bu, hadisə törədənin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Baş vermiş hadisənin gizlədilməsi isə ən yaxşı halda inzibati məsuliyyət yaradır”.

“Bir daha sürücülərdən və hərəkətin digər iştirakçılarından xahiş edirik ki, yol hərəkəti qaydalarına diqqətlə əməl etsinlər! Qanunlara və qaydalara düzgün münasibət hər birimizi bədbəxt hadisələrdən və qanun qarşısında məsuliyyətdən qoruyur” - DYP-dən bildirilib.

54